“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?

18.06.2026 17:51 89
Ölkə futbolu / Aktual
“Sumqayıt”da ayrılıq baş verib. Klubun futbol akedemiyasının direktoru Hakan Sünal ilə yollar ayrılıb.

“Gənclik şəhəri” təmsilçisinin rəsmi hesabındakı paylaşımda bu ayrılıq ictimaiyyətə “əməkdaşlıq barəsində razılaşma əldə olunmayıb” ifadəsi ilə çatdırılıb. Bəs Sünalla klubun razılaşmamasının səbəbi nədi? Maliyyə, yoxsa strateji fikir ayrılığı? Yeni direktor əcnəbi olacaq, yoxsa yerli?
Klubun mətbuat katibi Zaur Xudiyevin “Football-plus.az”a cavabı:

“Rəhbərliklə görüşdə yeni müqavilə imzalanmayıb. Yəqin ki, inkişaf perspektiviylə bağlı layihələrdə fikirlər üst-üstə düşməyib. İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm. Adətən, layihələr səbəbindən belə ayrılıqlar olur. Yeni gələcək mütəxəssinin kimliyi ilə bağlı məlumat yoxdu”.

Xatırladaq ki, Hakan Sünal 2019-cu ildən akademiyaya rəhbərlik edirdi.

İSRAYIL XEYRULLAYEV