"Rapid" Bakıya itki ilə gəlir

3.08.2022 11:54 613
Konfrans Liqası
Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Rapid” Bakıdakı ilk oyuna itki ilə gəlir.

Football-plus.az xəbər verir ki, bu barədə məlumatı baş məşqçi Ferdinand Feldhofer verib.

Bakıya yola düşəcən heyətdə mərkəz müdafiəçisi Martin Morman yer almayacaq. Çalışdırıcı zədədən əziyyət çəkən 21 yaşlı oyunçunun daha 2-3 həftə kollektivdən ayrı qalacağını açıqlayıb.

Əvəzində hücumçular Ferdi Druyf və Yusuf Demir Avstriya təmsilçisində məşqlərə qayıdıb.

Qeyd edək ki, sabah “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Rapid” oyunu saat 20.00-da başlayacaq. Bu komandalar arasında cavab matçı avqustun 11-də Avstriyada baş tutacaq.