• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Möhtəşəm dəstəyin qarşılığı qələbə olmadı... - YAZI

Manşet / Yazarlar

4-08-2022, 14:0

Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ” əvvəlki iki mərhələdə Polşa və İsveçrə təmsilçisini mübarizədən kənarlaşdırmaqla azarkeşləri o qədər ruhlandırmışdı ki, “Ferentsvaroş”la görüşə biletlər satışa çıxandan sonra cəmi iki gün ərzində, demək olar ki, tam satılmışdı.

Buna baxmayaraq, stadionun girişində əldə bilet satanlar da yetərincə idi. Oyuna maraq o qədər böyük idi ki, start fitinə 2 saat qalmasına baxmayaraq, stadionun ətrafında maşın saxlamağa yer yox idi.

İki saat əvvəl gələn azarkeş, “Qarabağ”ı yaddan çıxarmayan nazir

Oyunun startına bir saat qalıb... Tribunalar dolmaq üzrədi. Artıq azərbaycanlı azarkeşlər də başa düşüblər ki, belə qarşılaşmalarla premyer-liqa görüşləri arasında yerdən göyə qədər fərq var. Beynəlxalq matçlarda, xüsusilə də Çempionlar Liqası kimi mötəbər turnirin oyunu zamanı stadiona çətinlik çəkmədən daxil olmaq istəyirsənsə, ən azı saatyarım öncədən arenaya gəlmək lazımdı. Saatın əqrəbləri 19.19-u göstərəndə isə Sənan Şəfizadənin gur səsi “Tofiq Bəhramov”u bürüdü. Respublikanın bu gün üçün “bir nömrə” amiqosu azarkeşləri “Qarabağ” dəstək verməyə çağırdı ki, onun çağırışı qarşılıqsız qalmadı. İsinmə hərəkətləri üçün meydana çıxan “köhlən atlar”ı alqışlarla qarşılayan tərəfdarlar rəqibi görüncə, fitə basmaqla yadda qaldı. Həmin arada gənclər və idman naziri Fərid Qayıbov “Xudayar təsnifi”nin sədaları arasında “Qarabağ”ın vitse-prezidenti Fevzihan Aras və direktoru Əmrah Çəlikllə birlikdə qazonun ətrafında dövrə vururdu.

“Ataman” çox danışmadı, Baqa da “Qarabağ”a biganə qalmadı

Məsul oyundan yarım saat əvvəl MMA döyüş növündə ölkəmizi layiqincə təmsil edən Rafael Fiziyev “Qarabağ” azarkeşlərini salamladı. Şəfizadənin söz verdiyi “Ataman” ləqəbli idmançı “hər kəsə salam. Uğurlar, “Qarabağ”. Qarabağ Azərbaycandı” söyləyib, mikrofonu Sənan bəyə ötürdü. “Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa da köməkçisi ilə birgə oyunu stadiondan canlı izləyənlər arasında idi.

Fitə basılan macarlar, iki dünya çempionunun gəlişi
Hakimin start fiti ilə paralel Respublika stadionuna toplaşan 30 mindən çox azarkeş gur səslə “Qarabağ”ı irəli səsləməyə başladı ki, bu da rəqibi təzyiq altında saxlamaq demək idi. 6-cı dəqiqədə isə macar azarkeşlər onlar üçün ayrılan tribunaya gəldilər. Onların gəlişini etirazla qarşılayan yerli tərəfdarlar qonaqları fitə basdılar. Elə həmin ərəfədə Azərbaycan idmanın fəxrləri Rafael Ağayevlə Hacı Əliyev də qonaqlar üçün ayrılan sektorda yerlərini tutdular.

VAR-a görə yaşanan sükut
17-ci dəqiqədə “Ferentsvaroş” hesabı açmağa müvəffəq oldu. Ancaq vurulan qolda ofsayd şübhəsi olduğu üçün baş hakim VAR-a müraciət etməyi lazım bildi. Təxminən 40 saniyə çəkən baxış müddətində arenada ölüm sükutu hökm sürdü. Tamaşaçılar qolun oyundankənar vəziyyətdən vurulduğuna ümid edib, sanki səs salacağı təqdirdə VAR-a baxan hakimlərə mane olacaqlarını düşünüb sakit dayanmışdılar. Təəssüf ki, onların ümidi doğrulmadı və qol qeydə alındı. Buna baxmayaraq, tribunaları dolduran tərəfdarlar Qurban Qurbanovun komandasına dəstək nümayiş etdirərək, “Qarabağ” şüarı səsləndirməyə başladı. Şəfizadənin azarkeşlərə səslənməsi də öz yerində.

Tribunaları ayağa qaldıran Kvabena
Bəlkə də bu illər ərzində “Tofiq Bəhramov”da azarkeşlər qol sevincini belə çılğınlıqla qeyd etməmişdi. Ozobiçin cərimə zərbəsindən sonra qapıçıdan dönən topu tora qovuşduran Ovusu əvvəlcə azarkeşlərin qarşısına qaçıb sevincini onlarla bölüşdü. Komanda yoldaşlarının təbrikini qəbul edən forvard onlardan ayrıldıqdan sonra ehtiyat oyunçular skamyasına tərəf qaçaraq məşqçi-analitik Aydın Rüstəmovla qucaqlaşdı və ondan da alqış payını aldı.

Mükəmməl görüntü, əsəbindən dizini döyən mütəxəssis
67-ci dəqiədə azarkeşlər tribunalarda “Meksika dalğası” yaratmaqla “köhlən atlar”a əlavə güc verməyə, futbolçuları ruhlandırmağa çalışırdılar. Həmin an arenada mükəmməl görüntü izləmək mümkün idi. 70-80-ci dəqiqələr aralığında isə ağdamlıların müəyyən ərazi üstünlüyünə yiyələnməsi, ard-arda hücumlar təşkil etməsi qonaqların baş məşqçisini özündən çıxarmışdı. Stanislav Çerçesov yetirmələrinin müdafiəyə çəkilməsinə əsəbləşərək onarın irəli çıxmasını istəsə də, tapşırığı icra olunmayınca əsəbindən əllərini dizlərinə çırpmaqla yadda qaldı. Rusiyalı mütəxəssis çox istəsə də, yetirmələri Bakının bürkülü havasında hücuma çıxmağa həvəs göstərmirdi. 85-ci dəqiqədə Bəhlul Ramilin qapı önünə ötürməsinə ayaq qoya bilməyəndə isə Qurban Qurbanov başını tutmalı oldu.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

31-07-2022, 18:0

"Qarabağ" - "Ferenstvaroş" matçında anşlaq olacaq

Manşet / Çempionlar Liqası

2-08-2022, 16:0

“Qarabağ” – “Ferentsvaroş” oyununa bu qədər bilet qalıb

Manşet / Çempionlar Liqası

18-07-2022, 14:0

"Qarabağ" Çempionlar Liqasının 3-cü mərhələsində bu rəqiblərlə qarşılaşa bilər - YENİLƏNİB

Çempionlar Liqası

30-07-2022, 19:0

"Qarabağ" "Ferentsvaroş" matçının biletləri satışda

Aktual
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Son xəbərlər
  • Bu gün, 21:00
    "İmişli"də ayrılıq
  • Bu gün, 20:44
    "Neftçi" Rezabala ilə vidalaşdı
  • Bu gün, 20:13
    “Liverpul” gənc futbolçu aldı
  • Bu gün, 19:42
    Dörd matçı 281223 tamaşaçı izlədi - DÇ-nin rekordu
  • Bu gün, 19:11
    “Real”da Silva ilə Konateni Fernandes müşayiət edəcək
  • Bu gün, 18:43
    Sinnerlə Sobolenko öndədi
  • Bu gün, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
  • Bu gün, 17:49
    Müharibə veteranları iddia qaldırdı
  • Bu gün, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Bu gün, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
  • Bu gün, 16:58
    "Şəfa" futbolçusuyla yenidən anlaşdı
  • Bu gün, 16:27
    "Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
  • Bu gün, 15:56
    ABŞ və Kabo Verdedən hərəyə iki oyunçu - DÇ-nin rəmzi komandası
  • Bu gün, 15:35
    Milli komandada yeni müqavilə
  • Bu gün, 15:14
    "Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
  • Bu gün, 14:51
    Millimizin rəqibləri məlum oldu - DÇ
  • Bu gün, 14:30
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 13:59
    "Mərhələ iki oyundan ibarətdi, hər şey baş verə bilər" - Valdas Dambrauskas
  • Bu gün, 13:28
    Doğma klubuna qayıtdı
  • Bu gün, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Bu gün, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Bu gün, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Bu gün, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Bu gün, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Bu gün, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Bu gün, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Bu gün, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
  • Bu gün, 11:24
    "Şahdağ Qusar" legioneriylə yeni müqavilə imzaladı
  • Bu gün, 10:52
    Fatmagülün suçu nə?
  • Bu gün, 10:31
    “Səbail”in yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 10:09
    Meksika pley-offda! - DÇ səhəri
  • Bu gün, 09:59
    Mourinyo yenidən “Real”da - dirçəliş, yoxsa mənasız dönüş?
  • Bu gün, 09:28
    "Qarabağ"ın rəqibi azarkeşlərinə müraciət etdi - "Bakıya getməyə hazırsız?"
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
Daha çox
Oxunub: 282
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 250
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 245
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə