"Neftçi" - "Rapid" matçının vaxtı bilindi

29.07.2022 10:11 573
Konfrans Liqası
Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Neftçi" - "Rapid" (Avstriya) matçının saatı açıqlanıb.

Football-plus.az "Neftçi"nin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 4-də "Bakcell Arena"da oynanılacaq qarşılaşma saat 21.00-da başlayacaq.

Qeyd edək ki, Vyanadakı cavab görüşü avqustun 11-də olacaq. Bu matçın saatı hələlik açıqlanmayıb.