Kriştiano Ronaldonun “Mançester Yunayted”ə İngiltərə çempionatının 1-ci turunun oyununda kömək edib-etməyəcəyi məlum deyil.
"Football-plus.az" xəbər verir ki, bir müddət əvvəl onun ilk tura qədər klubdan ayrılmaq istədiyi barədə xəbərlər yayılmışdı. Baş məşqçi Erik ten Haq “Brayton”la avqustun 7-də keçiriləcək oyundan əvvəl ulduz futbolçu haqda danışıb: