Ronaldo bu kluba keçməyə razıdı

23.07.2022 21:56 798
Dünya futbolu
"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo "Atletiko"ya keçməyə razıdır.

"Football-plus.az" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Bildirilib ki, 37 yaşlı oyunçunun istəyinə baxmayaraq, "Atletiko" bu transfer üçün ulduz futbolçularıdan birini satmalı olacaq.

Xəbərdə o da qeyd olunub ki, "Atletiko"nun azarkeşləri Ronaldonun "Real"ın sabiq futbolçusu olmasına onun mümkün keçidini bəyənməyə bilərlər.

Xatırladaq ki, portuqaliyalı oyunçunun "Mançester Yunayted"dən ayrılmaq istədiyi ilə bağlı xəbərlər yayılıb.