Portuqaliyalı futbolçu Kriştiano Ronaldo "Mançester Yunayted"in məşqlərinə qoşulub.
"Football-plus.az" xəbər verir ki, 37 yaşlı hücumçu bu gün klubun bazasına gedərək komanda ilə məşqə çıxıb. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
İngiltərə mətbuatının iddiasına görə, Ronaldo "Mançester Yunayted"dən ayrılmaq istəyir və bu barədə klub rəhbərliyini məlumatlandırıb.