• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Valideynlər arasında məşqçi-müəllimlərin işinə müdaxilə edənlərin sayı hədsiz çoxdu” - LAYİHƏ

Layihə / Manşet

17-07-2022, 22:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Budəfəki müsahibimiz Qurban Sadıqzadədi. Özünün dediyi kimi, uşaq futbolunda məşqçi kimi çalışmaq onun elə uşaqlıq arzusu olub. Çalışqanlığı və yaxşı mütəxəssislərdən öyrənməsi sayəsində hazırda bu sahədə addımlayanlardandı. Onunla söhbətdə həm futbola gəlişinə toxunduq, həm də uşaq futbolunun problemlərinə.



- Qurban bəy, əvvəlcə özünüz haqda məlumat verərdiz. Futbolla məşğul olmağa necə başladız, kimlərdən öyrəndiz? Ümumiyyətlə, sizi futbol sahəsinə öz istəyiniz istiqamətləndirdi, yoxsa kiminsə məsləhəti?
- Mən Bakı şəhərində, 1993-cü ildə doğulmuşam. Bir çox həmyaşıdlarım kimi, topla oynamağa, futbola böyük həvəsim olub. Elə bu həvəsimin də ardınca futbol məşğələlərinə yollanmışam. İlk məşqçim Zöhrab Səttarov olub. Eləcə də Vaqif Ağayevdən, Namiq Allahverdiyevdən, İlqar Mənsimovdan futbolun sirlərini öyrənmişəm. Hər birinə minnətdaram. Xüsusən də Zöhrab müəllimdən çox şey görüb-götürmüşəm, o məni futbola daha çox həvəsləndirib.



- Deyəsən, futbolçuluqdan çox məşqçiliyə həvəs göstərmisiz və erkən yaşlardan bu sahəyə istiqamətlənmisiz. Bu qərarı necə verdiz? Xüsusən də uşaq futbolunda sizi özünə nə cəlb etdi?
- Məşqçiliyə həvəsim elə özüm futbol oynayanda da var idi. Məşqçilərimizin tapşırıqlarına xüsusilə fikir verirdim, çalışırdım ki, onları yadımda saxlayım. Hərbi xidmətə yollandım, ordan qayıdanda karyeramı bərpa etmək bir qədər çətin görünürdü. Ona görə də qərarımı verdim ki, futboldan uzaqlaşmayım və məşqçiliyə başlayım. Mən futbolu çox sevirəm, bir növ onunla nəfəs alıram. Özümü futbolsuz təsəvvür etmirdim. Bu qərarı verməyimdə Zöhrab müəllimin də böyük köməyi oldu, mənə dəstək verdi. Mənim üzərimdə xüsusi çalışırdı, bildiklərini mənə verməyə çalışırdı. Uşaq futbolunu seçməyim də səbəbsiz deyil. Özümün uşaqlara böyük sevgim var. Onların futbola həvəsinin, qayğıya ehtiyaclarının olması məni özünə cəlb edirdi. Uşaqlarla ünsiyyətdə olmaq mənə zövq verirdi. Qarşıma məqsəd qoydum ki, məşqçi kimi istedadlı uşaqları üzə çıxarım, onların yetişməsinə kömək edim. İstəyirəm ki, istedadlar itməsin, onları Azərbaycan futboluna qazandıraq.

- Hazırda harda çalışırsız? Sizin rəhbərliyiniz altında məşq edən uşaqlardan parlayanlar, tanınmış klublara transfer olunanlar varmı?
- Hazırda Təhsil Nazirliyinin tabeliyində olan 8 saylı İxtisaslaşmış Olimpiya Ehtiyatları Uşaq və Gənclər İdman Məktəbində çalışıram. Oranın futbol müəllimlərindən biriyəm. Bizə və uşaqlara yaradılan şəraitə görə sizin vasitənizlə rəhbərliyə, xüsusən də direktorumuz Qiyas Nəcəfova təşəkkür edirəm. Rəhbərliyin futbolçuların, eləcə də digər növlər üzrə idmançıların yetişməsində böyük əməyi var. Onlar bizə böyük dəstək olur. Tələbələrimizdən bir neçəsi Azərbaycanın digər klublarında çıxış edir. Turan Bəndəliyev “Sabah”da, Nihat Ələsgərli “Vətən” Futbol Məktəbi komandasında, Tuncay Bayramlı, Məhəmməd Rəhimli və Elgün Cavadov “Neftçi”də, Babək Kamalzadə “Qarabağ”da, Əli Həsənzadə və Sultan Sultanov “Zirə”də fərqlənənlərdəndi. Məhəmməd Rəhimli isə məşhur “Qalatasaray”ın futbol məktəbinə dəvət alıb, seçim turlarını uğurla başa vurub. Rail Bəşirov Azərbaycanın U-15 millisinə dəvət alır. AFFA-nın keçirdiyi çempionatlarda bizim yetirmələrimiz fərqlənməyi bacarırlar. Onların arasında komandaları ilə birlikdə çempion olanlar da var, müxtəlif əyarlı medal alanlar da. Bu da doğru yolda olmağımızın göstəricisidi. Yolumuza böyük ümidlərlə davam edirik.



- Söhbətləşdiyimiz mütəxəssislərin əksəriyyəti valideynlərin onların işinə müdaxiləsindən şikayət edir. Siz belə hallarla rastlaşmısızmı?
- Yaralı yerimizə toxunduz. Deyərdim ki, bu problemlə əksər məşqçilərimiz rastlaşır. Düzdü, bütün valideynlərə şamil etmək olmaz. Amma valideynlər arasında məşqçi-müəllimlərin işinə müdaxilə edənlərin sayı hədsiz çoxdu. Bunu düzgün hal saymıram. Özüm də belə halla qarşılaşanda çalışıram ki, onlara vəziyyəti izah edim. Valideyn övladına dəstək verməli, onun yanında olmalıdı. Amma bunu məşqçilərin işinə müdaxilə formasında etməyin. Məşqçilər nəyin yaxşı, nəyin pis olduğunu yaxşı bilirlər. Bəzən oyun zamanı görürük ki, valideynlər uşağın inkişafını yox, nəticəni düşünür. Uşağın futbolçu kimi püxtələşməsinə çalışmaq lazımdı. Ona dəstək verməliyik ki, düzgün yetişsinlər. Oyunlar zamanı valideyn basqısı o qədər olur ki, uşaq rahat futbolunu oynaya bilmir, üzərində təzyiq hiss edir. Sizin vasitənizlə valideynlərə müraciət edirəm: məşqçilər futbolçulara düzgün yol göstərirlər. Buna müdaxilə etməyə ehtiyac yoxdu.



- Uzun müddətdi bu sahədə çalışan mütəxəssis kimi başqa hansı problemlərlə qarşılaşırsız? Onların həlli yollarını necə görürsüz?
- Uşaq futbolunun problemlərindən çox danışmaq olar. Hətta bunları sadalayıb, bitirmək mümkün deyil. Amma onları həll etmək mümkündü. Uşaq futbolunun təməli düzgün qoyulmalıdı. Müəyyən yaşdan sonra bu təməl özünü aydın şəkildə göstərir. Təəssüflər olsun ki, bizdə məhz təməl səviyyəsində ciddi problemlər var. Hər klubun özünün bazası, məşq və oyun meydançaları olmalıdı. İstedadlı uşaqların yetişməsi üçün vacib olan budu. Süni meydançalar uşaqların inkişafını ləngidir, onların zədələnməsinə səbəb olur. Uşaqlar təbii ot örtüyü üzərində məşq etməli, futbol oynamalıdılar. Düşünürəm ki, təkcə paytaxtda yox, bölgələrimizdə də futbola qayğı göstərilməlidi. Futbolumuzun inkişafını istəyiriksə, uşaq futboluna və xüsisilə də bölgələrə diqqəti artırmalıyıq. Yalnız bundan sonra başqa məsələlərin həlli ilə məşğul olub, Azərbaycan futbolunda inkişafı görə bilərik.

İLKİN SULTANLI

“Valideynlər arasında məşqçi-müəllimlərin işinə müdaxilə edənlərin sayı hədsiz çoxdu”


Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Layihə / Manşet

19-06-2022, 23:0

“Yaşıdlarım gəlinciklə oynayanda mən oğlanlarla futbol oynayırdım” - LAYİHƏ

Layihə / Manşet

29-05-2022, 22:0

“Uşaqlar yollarda həm xeyli vaxt, həm də enerji itirirlər” – LAYİHƏ

Layihə / Manşet

3-04-2022, 23:0

“Məşq etmək, futbol oynamaq üçün stadiona kilometrlərlə yolu piyada gedirdim” – LAYİHƏ

Layihə / Manşet

26-06-2022, 22:0

Ramiz Kərimov: “Valideynlərin məşqçilərin işinə müdaxilə etməsi xarakterdən asılıdı” - LAYİHƏ

Aktual
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
Son xəbərlər
  • Bu gün, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Bu gün, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Bu gün, 12:20
    Parisi tərk edəcək
  • Bu gün, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Bu gün, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Bu gün, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Bu gün, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Bu gün, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
  • Bu gün, 10:50
    CAS “Turan Tovuz”un şikayətini niyə təmin etmədi? – klubun əleyhinə işləyən səbəb üzə çıxdı!
  • Bu gün, 10:21
    Norveç, Argentina və Avstriya qələbə qazandı - DÇ səhəri
  • Bu gün, 10:08
    “Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
  • Bu gün, 09:45
    Azərbaycan ilk dəfə STEM Racing proqramına qoşuldu
  • Bu gün, 08:51
    “Avrokuboklarda iştirak etmək bizim üçün gözlənilməz oldu” - Rəşad Sadıqov
  • Bu gün, 08:11
    Avropa çempionlarının DÇ ilə bağlı uğursuz ənənəsi davam edir - Kabo Verdenin qapıçısı fenomenə çevrildi!
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
  • Dünən, 23:20
    Londondan Madridə yollanacaq
  • Dünən, 22:59
    “Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
  • Dünən, 22:49
    Samuel Lobato "Qarabağ"da
  • Dünən, 22:30
    "Sumqayıt" Hakan Sünalla yolları ayırdı
  • Dünən, 22:02
    Mourinyonun köməkçisi olacaq
  • Dünən, 21:31
    "Seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik" - Qurban Qurbanov
  • Dünən, 21:00
    Yeniyetmə güləşçilər Bakıda üz-üzə gələcək
  • Dünən, 20:43
    Rotterdam klubunda yeni təyinat
  • Dünən, 20:15
    "Zirə"nin rəqibi bəlli oldu
  • Dünən, 20:04
    “Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
  • Dünən, 19:22
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 19:10
    "Qarabağ"ın rəqibi məlum oldu - Avropa Liqası
  • Dünən, 18:58
    London klubunda yeni təyinat
  • Dünən, 18:42
    Mbappe Fransa prezidenti olmaq istəmir
  • Dünən, 18:12
    "Sabah"ın rəqibi məlum oldu - Çempionlar Liqası
  • Dünən, 17:57
    TFF prezidenti Terimi yıxıb-sürüyüb - ''Bu sözləri ona yaraşdırmadım''
  • Dünən, 17:22
    Milli komandada zəruri dəyişiklik
  • Dünən, 16:52
    Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 266
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 264
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 232
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 229
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə