• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bizim uşaq futbolunun evini məşqçilərin “topu irəli vur” tələbi yıxır” - LAYİHƏ

Layihə / Manşet

10-07-2022, 22:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir. Budəfəki müsahibimiz Azər Cabbarovdu. Onunla həmsöhbət olmağımız heç də təsadüfi deyil. Cabbarovun çalışdırdığı “Lamasya” futbol klubunun yetirmələri bu yaxınlarda Türkiyədə təşkil olunan “Hendek Cup” turnirində ölkəmizi layiqincə təmsil edib, güclü rəqiblərlə başabaş mübarizə aparıb. Azər bəy özü də Azərbaycanda ən yaxşı uşaq məşqçilərindən biri sayılır.

- Azər bəy, istərdim ki, söhbətə Türkiyədə keçirilən “Hendek Cup”la başlayaq. Turnir necə keçirildi, hansı rəqiblərlə qarşılaşdız? Ümumi səviyyə necə idi?
- Bu turnirin tam adı “Uluslararası Hendek Cup Tayfur Havutçu turnuvası”dı. Yarışlar iyunun 23-də başladı, üç gün ərzində davam etdi. Bizim “Lamasya”dan başqa 96 komanda gücünü bu turnirdə sınayırdı. 2008-12-ci illərdə doğulmuş uşaqlardan qurulan komandalar yarışa qatılmışdı. Beş komandadan ibarət 4 qrup qalib adı uğrunda mübarizə aparırdı. Biz “Altay”, “Bakırköy”, “Hendek” və “Mustafa Kamal” komandalarıyla eyni qrupdaydıq. İlk görüşdə “Hendek” üzərində 11:0 hesablı qələbəyə sevindik. Həmin qarşılaşmadan sonra bizə diqqət artdı, bir qədər hakimlər tərəfindən də sıxılmağa başladıq. Maraqlıdı ki, turnirin reqlamentinə görə bizim yaş qrupumuzda oyundankənar vəziyyət qeydə alınırdı. Sözün düzü, bizim üçün yenilik idi. Bir qədər uyğunlaşmaqda çətinlik çəkirdik. İkinci qarşılaşmada “Altay”a 1:2 hesabıyla məğlub olduq. Növbəti qarşılaşmada “Bakırköy”ə 4:1 hesabıyla qalib gəldik. Qrupdakı son görüşdə “Mustafa Kamal” komandası üzərində 3:0 hesablı qələbəyə sevindik. Beləcə qrupda 2-ci yerin sahibi kimi mübarizəmizi davam etdirdik. Növbəti rəqibimiz “Altınordu” oldu. Bu komanda İzmirdəki akademiyası ilə məşhurdu. Çox gözəl futbol sərgiləyirdilər. Reqlament eləydi ki, Türkiyənin güclü uşaq akademiyaları ilə tanınan klublarının təmsilçiləri hərəsi bir qrupa düşmüşdü. “Qalatasaray”, “Altınordu”, “Beşiktaş” iştirakçılar arasında idi. Çətin keçən oyunda “Altınordu”ya 2:1 hesabıyla qalib gəldik. Ondan sonra “Bursa kültür”lə qarşılaşamalı olduq. Bu da “Altınordu”nun ikinci komandası sayılır. Pilot komanda kimi. Yarımfinalda hakimlər bizi uduzdurdular. Bir “təmiz” qolumuz sayılmadı, iki epizodda lehimizə penalti təyin olunmalıydı. Hakimlərdən çox da danışmaq istəmirəm. Üçüncü yer uğrunda görüşdə rəqibimiz yenə “Altay” oldu. Qarşılaşma 5:2 hesabıyla bizim qələbəmizlə yekunlaşdı. Turnir ərzində bir çox akademiyaların nümayəndələri bizim uşaqları bəyəndilər. Konkret təklif edənlər də oldu. Hətta “Qalatasaray”ın nümayəndələri bizim futbolçularla maraqlanırdılar. Belə görüşlərdə, sözsüz ki, əsas hədəf təcrübə qazanmaqdı. Udsaq da, uduzsaq da, uşaqlara dəstək oluruq. Demirik ki, topu necə gəldi irəli vursunlar. Hamıdan da tərif eşitdik. “Altınordu”nu məğlub etdiyimiz oyundan sonra rəqibin futbolçuları elə meydançadaca ağlayırdılar. Onları klubun himni ilə dəstəklədilər, futbolçular ayağı qaldırıldı. Bu yaxınlarda daha bir turnirə getməyə hazırlaşırıq. Həmin turnirdə Türkiyə klubları ilə yanaşı, başqa xarici komandalar da olacaq. Ora da dəvət almışıq.



- Bir qədər də “Lamasya” haqqında danışaq. Bu klub necə yarandı?
- “Lamasya” futbol klubu ötən ildən fəaliyyət göstərir. Məqsəd Azərbaycanda uşaq futbolunun inkişafına kömək göstərmək, istedadlı uşaqların üzə çıxarılmasına, yaxşı futbolçu kimi yetişməsinə nail olmaqdı. Ötən çempionatda U-9 və U-10 komandaları ilə iştirak etmişik. Yaxşı məşqçilər heyətimiz var. Onların sayəsində işimizi düzgün qururuq. Hazırda klubumuzda xeyli istedadlı, futbolu sevən uşaqlar cəmləşib. Bizim məqsədimiz nəticə qazanmaq deyil. Çünki həmin nəticələr bir müddətdən sonra yaddan çıxacaq. Sırf müəllimlik etmək, uşaqlara düzgün futbol oynamağı öyrətmək istəyirik. Öz ideyalarımızı həyata keçiririk. “Hendek Cup” turnirində gördüklərimizdən yaxşı mənada heyrətlənmişik. Orda bir oyunda eşitmədik ki, hansısa məşqçi futbolçuların üstünə qışqırsın, onlardan topu irəli vurmağı tələb etsin. Azərbaycan çempionatında ötən mövsüm 25 oyun keçirdik. Bütün oyunlarda rəqiblərdən ancaq “vur qabağa” sözünü eşidirdik. İstəyirik ki, “Lamasya” bu mənada hamıdan fərqlənsin. Gələcəkdə beynəlxalq turnirlərə daha çox qatılmaq istəyirik. Çünki turnirdən sonra uşaqların da futbola baxışı dəyişir. Mümkün qədər beynəlxalq turnirlərin sayını artırmaq lazımdı. Ancaq yerli çempionatda oynamaqla uşaqların səviyyəsi qalxmayacaq. Biz ora gedəndə “Qalatasaray” Almaniyada keçirilən turnirdən qayıtmışdı. Onlar hər ay öz uşaqlarını fərqli ölkələrə turnirlərə göndərirlər. “Lamasya” da belə sistem qurmağı hədəfləyir.

- Azər bəy, neçə ildi uşaq futbolunda çalışırsız?
- 2017-ci ilin mayından Rövşən Babayevin dəvəti ilə uşaq futbolunda çalışıram. Biz də bu uşaqlarla işləməyə başladıq. Hazırda “Lamasya”da futbolu öyrənən uşaqların hamısı çalışqan, öyrənməyə çalışanlardı. Türkiyədəki turnir də bunu göstərdi. Bizim yetirmələrimiz türkiyəli həmyaşıdlarından heç nədə geri qalmırdı. Hətta bir neçə xüsusiyyətdə onları üstələyirdik də. Amma bizim süni örtükdə məşq etməyimiz, onların isə ilk addımlarını belə təbii ot örtüyündə atması özünü göstərirdi. Biz inventar tapmağa çətinlik çəkirik, məşqçilər uşaqlar düzgün davranmır.



- Çox maraqlı məqama gəldik. Ümumiyyətlə, siz təcrübəli məşqçi kimi Azərbaycanın uşaq futbolunun əsas problemini nədə görürsüz?
- Uşaq futbolu hər şeyin təməlidi. Gələcəkdə futbolumuzun necə olacağı bugünkü uşaq futbolundan asılıdı. Təəssüf ki, heç kim təməldə düz işləmir, yaxud işləmək istəmir. Uşaq komandalarına nəticəyə oynamaq lazım deyil. Sanki məşqçilər də bir-biriylə nəticəyə görə bəhsə girişir, hamı özünü göstərməyə çalışır. Hamının qarşısına çempionluq hədəfi qoyulanda belə olacaq. Uşaq futbolunda əsas məsələ uşaqlara topla düzgün davranmağı, meydanda düzgün açılmağı, topu yaxşı qəbul edib rəqibi necə keçmək lazım olduğunu öyrətməkdi. Biz isə uşaqların səhv etməsindən qorxaraq, onlardan topu tez irəli vurmağı tələb edirik. Hərə öz komandasına bir-iki yaxşı uşaq cəlb edir, onların hesabına qələbələr qazanılır. Ötən mövsüm 14 komanda çempionata qatılmışdı. Onların səkkizi çempionluq uğrunda oynayırdı. Qalan 6 komanda üçünsə çempionat erkən bitdi. İlboyu uşaq 12-13 oyun keçirməklə artıra bilməz. Hələ beynəlxalq turnirləri demirəm. AFFA-nın təşkil etdiyi çempionatda belə oyun sayı azdı. Uşaqlar rəqabət hiss etməli, səviyyəli komandalara qarşı oynamaqla öyrənməlidi. Biz nəticə arxasınca qaçdığımızdan ən yaxşıları daim oynatmağa çalışırıq, nisbətən zəiflər isə ehtiyatda qalır. 2-3 dəqiqə meydana çıxmaqla həmin uşaq necə öyrənəcək, səhvlərini necə düzəldəcək? Uşaqları Hövsana toplayıb, 12-13 oyun keçirməklə inkişaf edə bilmərik.

“Bizim uşaq futbolunun evini məşqçilərin “topu irəli vur” tələbi yıxır”


İLKİN SULTANLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Layihə / Manşet

29-05-2022, 22:0

“Uşaqlar yollarda həm xeyli vaxt, həm də enerji itirirlər” – LAYİHƏ

Layihə / Manşet

19-06-2022, 23:0

“Yaşıdlarım gəlinciklə oynayanda mən oğlanlarla futbol oynayırdım” - LAYİHƏ

Ölkə futbolu / Layihə

10-04-2022, 23:0

Nuqzar Kvirtiya: “Gürcü uşaqlar futbola Avropada oynamaq arzusuyla gəlirlər” - LAYİHƏ

Aktual
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Son xəbərlər
  • Bu gün, 12:56
    MS-ni tərk edə bilər
  • Bu gün, 12:25
    "Qarabağ"da Zubir dönəmi başa çatdı - RƏSMİ
  • Bu gün, 11:54
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 11:23
    Dünya çempionu paytaxt klubunda
  • Bu gün, 10:52
    “Qarabağ”ın ulduzlarından biri getdi – 8 titul, 79 qol, 96 ötürmə!
  • Bu gün, 10:31
    London klubunda yeni futbolçu
  • Bu gün, 10:00
    İspaniyada zəruri təxirəsalma
  • Bu gün, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • Dünən, 23:55
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • Dünən, 23:33
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • Dünən, 23:11
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
  • Dünən, 22:50
    Qəbələdə "sülh", "Sabah" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:20
    Nuriyev qol vurdu, komandası uduzdu
  • Dünən, 21:48
    "Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
  • Dünən, 21:27
    "Biz də qələbə qazana bilərdik, rəqib də" - Fərid Namazov
  • Dünən, 20:56
    Madrid klubu ilə razılığa gəldi
  • Dünən, 20:25
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 19:55
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 19:24
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 18:53
    Ulduz futbolçu imicini dəyişdi
  • Dünən, 18:20
    Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
  • Dünən, 17:50
    "Araz-Naxçıvan" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 17:20
    "Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
  • Dünən, 16:59
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 16:28
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 15:58
    Lukaku ''Lion''a qarşı ilk oyunu buraxacaq!
  • Dünən, 15:37
    Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
  • Dünən, 15:16
    “Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
  • Dünən, 14:55
    İspaniya klubunu tərk etdi
  • Dünən, 14:34
    ''Qalatasaray'' XXI əsrdə ilk dəfə belə uğursuzluqla üzləşdi
  • Dünən, 14:22
    Daha üç boksçumuz mərhələ adladı - Avropa çempionatı
  • Dünən, 14:00
    Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
  • Dünən, 13:22
    Amsterdamda qərar tutdu
  • Dünən, 12:51
    Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
  • Dünən, 12:30
    “Barselona”nı tərk etdi
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 132
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 108
Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə