• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ramiz Kərimov: “Valideynlərin məşqçilərin işinə müdaxilə etməsi xarakterdən asılıdı” - LAYİHƏ

Layihə / Manşet

26-06-2022, 22:0

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.



Bu dəfəki müsahibimiz Ramiz Kərimovdu. 41 yaşlı sabiq qapıçı hazırda uşaq futbolu sahəsində çalışır. Elə bu səbəbdən də bu sahənin problemləri ilə yaxından tanışdı. Söhbətimiz zamanı da bunu hiss etdik.



- Ramiz bəy, ənənəvi suualımızdan başlamaq istəyirik. Futbola necə gəldiz? İlk addımlarınızı harda, hansı məşqçilərin rəhbərliyi altında atdız? Karyeranızın sonrakı axarı necə alındı?
- O günləri çox yaxşı xatırlayıram. 1990-cı ildə, 9 yaşım olanda futbola ilk addımları atmışam. Qardaşım məni Biləcəri qəsəbəsində Hüseyn müəllimin məşqlərinə yazdırdı. Ordan da 8-ci mikrorayonda yerləşən “FŞM”-in (Gənclərin İdman Məktəbi) seçimlərinə qatıldım. İsmayıl Əliyev və Viktor Zabrodin tərəfindən seçildim. Məni özümdən bir yaş böyüklərin komandasına qəbul etdilər, Aqşin Ömərovla birlikdə həmin komandada oynamağa başladıq. Öz həmyaşıdlarım arasında perespektivli qapıçılardan sayılırdım. Daha sonra elə İsmayıl müəllimin rəhbərliyi altında bizi həm “Xəzər Universiteti” komandasına, həm də eyniadlı universitetə qəbul etdilər. Həmin vaxt komada 1-ci divizionda oynayırdı, daha sonra elitaya vəsiqə qazandıq. Eyni zamada universitetdə oxuyurdum, dərslərimə davamiyyətim qaydasında idi. Çalışırdım ki, dərs buraxmayım. Belədə İsmayıl müəllim məni seçim qarşısında qoydu. Dedi ki, dərslərə davam edəcəksənsə, məcburam komandaya başqa qapıçı gətirim. Seçimimi təhsildən yana etdim, ikinci qapıçı olmağa razılıq verdim. Karyeramın dönüş nöqtəsi idi. İstəyirdim ki, universiteti bitirim, diplom alım. Ali məktəbi bitirəndən sonra MOİK-də Vaqif Paşayevin rəhbərliyi altında oynadım, həm də hərbi xidmətimi keçdim. Ordan sonra “Şahdağ”a yolladım. Növbəti klubum “Göyəzən” oldu. Sonra isə “Xəzər Lənkəran”da çıxış etdim. Komandada çox təcrübəli qapıçı Dmitri Kramarenko və böyük perespektiv vəd edən Kamran Ağayev var idi. Belə bir rəqabətdə mən 3-cü qapıçı statusunda idim. Buna görə də 28 yaşımda karyeramı bitirməli oldum. Klub prezidenti Mais Mənsimovla baş məşqçi Ağasəlim Mircavadovun təklifi ilə məşqçiliyə başladım.



- Hazırda məşqçilik fəaliyyətinizi harda davam etdirirsiz?
- Üç il Samir Əliyevlə birlikdə U-19 millisində çalışmışam. Seçmə mərhələ bitdikdən sonra millidən ayrıldım. Artıq Küveytin “Əl-Ərəbi” klubu ilə anlaşdım. Əvvəlcə U-15 və U-17 komandalarında çalışırdım, yanvar ayından əvəzediciləri də mənə tapşırdılar. Bildiyiniz kimi, sonradan pandemiya başladı, bütün dünya futbolunda durğunluq yaşandı. Mən də vətənə qayıtdım. Pandemiyadan sonra Səudiyyə Ərəbistanının 2-ci liqasında yarışan “Əl-Səfa” klubu ilə anlaşdım. Hazırda o klubla da müqaviləm bitib, Azərbaycana gəlmişəm. Hazırda yerli klublardan da, xaricdən də təklifim var. Düşünüb, qərarımı verəcəm.

- Sözsüz ki, futbolumuzun inkişafı üçün istedadlı uşaqların çoxluğu önəmlidi. Siz necə düşünürsüz, Azərbaycanda istedadlı uşaqların sayı yetərincədimi?
- İstedadlarımız var, özü də yetərincədi. 2013-cü ildən “Qarabağ”ın futbol akademiyasında da işləmişəm. Müxtəlif yaş qruplarıyla tanışam. Bəzi nüanslar olur ki, futbolçular sonradan itib-batırlar. Bəziləri maddi problemlərə görə iş axtarmağa başlayır, bir qismi təhsilin ardınca gedir. Əsgərlik məsələsi də ciddi məqamdı. Hərbi xidmətdən sonra çox az adam formasını yenidən bərpa etməyi bacarır. Bizim dövrümüzdə MOİK bu problemin qarşısını alırdı. Futbolçular yüksək liqada oynaya-oynaya hərbi xidməti keçirdi. “Xəzər Universiteti” bir çox tanınmış futbolçuları həm təhsilə, həm də futbola cəlb edirdi. Bu gün nə MOİK premyer-liqada çıxış edir, nə də belə bir ali məktəb var. Elmar Baxşıyev, Sənan Qurbanov kimi futbolçuların yolu “Xəzər Universiteti”ndən keçib. Bizim vaxtımızda Samir Əliyev, Fərrux İsmayılov 16-17 yaşında elita klublarında çıxış edirdi. İndi isə biz 21-22 yaşında olanlara gənc gözüylə baxırıq.

-;Bəs, hazırda uşaq akademiyalarının, bu sahənin mütəxəssislərinin səviyyəsi necə, sizi qane edirmi?
- AFFA-nın təşkil etdiyi məşqçi kurları bizim mütəxəssislərimiz üçün xeyli faydalıdı. Özüm də AFFA-nın xətti ilə bir çox beynəlxalq seminarlarda iştirak etmişəm. Bu seminarlarda bizim məşqçiləri əcnəbilərlə müqayisə etmək imkanım olub. Xüsusən də post-sovet ölkələrinin təmsilçilərini bizim mütəxəssislər üstələyirlər. Futbol da günü-gündən inkişaf edir. Ona görə də biz məşqçilərin üzərinə vəzifə düşür ki, daim öz üzərimizdə işləyək, oxuyaq və öyrənək. Müasir dövrün tələbləri ilə ayaqlaşmaq lazımdı.

- Bəzi mütəxəssislərlə söhbətimizdə onlar valideynlərin məşqçilərin işinə müdaxiləsindən şikayətlənirdi. Siz belə hallarla rastlaşmısızmı?
- Əfsuslar olsun ki, belə hallarla qarşılaşırıq. Valideynlər bilavasitə məşqçilərin işinə müdaxilə edirlər. Məncə, bu da məşqçinin xarakterindən asılıdı. Şəxsən mən belə şeylərə imkan verməmişəm. Düzdü, valideynlərlə söhbət edirəm, işimizi daha da irəli aparmaq üçün onların fikirlərini dinləyirəm, uşağın təhsili ilə maraqlanıram. Hazırkı dövrdə futbol təkcə ayaqla oynanılmır. Zehin də vacibdi. Uşaq tez düşünməli, qərar verməlidi. Eyni zamanda da uşağın qidalanmasına, düzgün yuxu rejiminə riayət etməsinə diqqət yetirməliyik. Mən də valideynlərlə bu barədə söhbətləşmişəm.

-Uşaq futbolunun problemləri və onların həlli yolları ilə bağlı şəxsi fikriniz necədi?
- Bu məsələyə beş prizmadan yanaşmaq istəyirəm. AFFA və klublar, məşqçilər və valideynlər, bilavasitə uşağın özü. AFFA-nın keçirdiyi çempionatlarda ilk sıraları tutmayan, “altılığa” və ya “səkkizliyə” düşməyən komandalar üçün mövsüm erkən yekunlaşır. Turnir cədvəlinin aşağısında olan komandalar üçün oyun sayı az olur. Məşqçilər bu boşluğu doldurmağa çalışsa da, rəsmi oyun başqadı. Çox yaxşı olardı ki, AFFA bu reqlamentə diqqət yetirsin. Bir də yarışların keçirildiyi məkanlara diqqət yetirmək lazımdı. Mərdəkanda uşaqlar soyuq havada xəstələnirdilər. “Neftçibaza”da isə meydançanın örtüyü yaxşı deyil. Bunu da nəzərə almalıyıq. Klubların akademiyaları mütləq olmalıdı. Çünki uşaqlar fərqli meydanlarda məşq edir, yollarda qalırlar. Yaxşı olar ki, eyni meydanda vahid sistem altında məşq etsinlər. Bir də məşqçilərin xarici təcrübə qazanması vacibdi. Diqqət yetirsək görərik ki, bir müddət əvvəl xaircdə təcrübə keçənlər daha yaxşı işləyir. “Bakı” futbol klubun fəaliyyət göstərdiyi vaxtda ortaya çıxan uşaqlar indi də yüksək səviyyədə çıxış edir. Bunun özü onun sübutudu ki, xarici təcrübə çox vacibdi. Məşqçilər də təhsilə diqqət yetirməlidilər. 16 yaşına qədər bütün uşaqlara oynamağa şərait yaratmaq lazımdı. Nəticə üçün hər tur eyni heyətə üstünlük verirlər ki, bu da digərlərinin önünü kəsir. Hamıya bərabər şans tanımaq lazımdı. Futbolçu 15-16 yaşından sonra öz səviyyəsini ortaya qoymağa başlayır. Azyaşlı uşaq üçün əsas heyət oyunçusu söhbəti olmamalıdı. Valideynlər də uşaqların yuxusuna, qida rejiminə fikir verməlidilər. Necə ki, uşağı orta məktəbə göndərəndə ordakı müəllimlərin işinə müdaxilə etmirik, futbolda da elə olmalıdı. Məşqçiyə imkan vermək lazımdı ki, öz fikrini uşaqlara çatdırsın, göstərişlərini versin. Mütəxəssislərə uşağı etibar etmək lazımdı.

İLKİN SULTANLI

Ramiz Kərimov: “Valideynlərin məşqçilərin işinə müdaxilə etməsi xarakterdən asılıdı”


Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Paylaş:
Digər xəbərlər

Layihə / Manşet

3-04-2022, 23:0

“Məşq etmək, futbol oynamaq üçün stadiona kilometrlərlə yolu piyada gedirdim” – LAYİHƏ

Layihə / Manşet

19-06-2022, 23:0

“Yaşıdlarım gəlinciklə oynayanda mən oğlanlarla futbol oynayırdım” - LAYİHƏ

Ölkə futbolu / Layihə

10-04-2022, 23:0

Nuqzar Kvirtiya: “Gürcü uşaqlar futbola Avropada oynamaq arzusuyla gəlirlər” - LAYİHƏ

Aktual
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Son xəbərlər
  • Bu gün, 12:56
    MS-ni tərk edə bilər
  • Bu gün, 12:25
    "Qarabağ"da Zubir dönəmi başa çatdı - RƏSMİ
  • Bu gün, 11:54
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 11:23
    Dünya çempionu paytaxt klubunda
  • Bu gün, 10:52
    “Qarabağ”ın ulduzlarından biri getdi – 8 titul, 79 qol, 96 ötürmə!
  • Bu gün, 10:31
    London klubunda yeni futbolçu
  • Bu gün, 10:00
    İspaniyada zəruri təxirəsalma
  • Bu gün, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • Dünən, 23:55
    "Eyni vaxtda üç turnirdə çıxış etmək asan olmayacaq" - Valdas Dambrauskas
  • Dünən, 23:33
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • Dünən, 23:11
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
  • Dünən, 22:50
    Qəbələdə "sülh", "Sabah" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:20
    Nuriyev qol vurdu, komandası uduzdu
  • Dünən, 21:48
    "Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
  • Dünən, 21:27
    "Biz də qələbə qazana bilərdik, rəqib də" - Fərid Namazov
  • Dünən, 20:56
    Madrid klubu ilə razılığa gəldi
  • Dünən, 20:25
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 19:55
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 19:24
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 18:53
    Ulduz futbolçu imicini dəyişdi
  • Dünən, 18:20
    Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
  • Dünən, 17:50
    "Araz-Naxçıvan" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 17:20
    "Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
  • Dünən, 16:59
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 16:28
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 15:58
    Lukaku ''Lion''a qarşı ilk oyunu buraxacaq!
  • Dünən, 15:37
    Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
  • Dünən, 15:16
    “Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
  • Dünən, 14:55
    İspaniya klubunu tərk etdi
  • Dünən, 14:34
    ''Qalatasaray'' XXI əsrdə ilk dəfə belə uğursuzluqla üzləşdi
  • Dünən, 14:22
    Daha üç boksçumuz mərhələ adladı - Avropa çempionatı
  • Dünən, 14:00
    Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
  • Dünən, 13:22
    Amsterdamda qərar tutdu
  • Dünən, 12:51
    Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
  • Dünən, 12:30
    “Barselona”nı tərk etdi
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 132
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 108
Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə