"Qarabağ"da Zubir dönəmi başa çatdı - RƏSMİ

16.08.2026 12:25 136
Ölkə futbolu
“Qarabağ” futbolçusu Abdulla Zubirlə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, Ağdam klubu bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Klub 34 yaşlı yarımmüdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib:

“Qarabağ” formasında keçirdiyin illər, meydandakı mübarizən, etdiyin kapitanlıq, qolların və komandamıza verdiyin töhfələr üçün təşəkkür edirik. Hər şey üçün təşəkkürlər, Abdulla Zubir!”

Zubir karyerasını Qətərin “Əl-Şahaniya” klubunda davam etdirəcək.

O, 2018-ci ildən “Qarabağ”da oynayırdı.