• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

ETOPAZ-ın sponsor olduğu liqada "Ağdam" çempion oldu

Maraqlı

20-06-2022, 17:0

İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında minifutbol üzrə Zəfər Kubokunda dünən final oyunu keçirilib.

Mayın 4-də - İAM-ın yaradılmasının ildönümündə start götürən turnirin həlledici qarşılaşması iyunun 19-na - mərhum jurnalist və idman xadimi Elnur Əşrəfoğlunun anadan olmasının 48-ci ildönümünə təsadüf edib.

Final görüşündən öncə Bakı Olimpiya Stadionunun tribunalı qapalı meydançasında Milli Məclisin deputatları ilə 1-ci Qarabağ və 44 günlük Vətən müharibəsində iştirak etmiş jurnalistlərdən ibarət "Suqovuşan" komandası arasında yoldaşlıq qarşılaşması oynanılıb. Komandalar Azərbaycan bayrağının müşayiəti ilə mərkəzə dəvət olunublar və Dövlət Himni səsləndirilib.

Qarşılaşmanı fəxri qonaq qismində izləyən Azərbaycan Şahmat Federasiyasının prezidenti və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov iştirakçıları salamlayaraq, onlara uğurlar arzulayıb. Turnirin təşkilatçılarına təşəkkürünü bildirən M.Məmmədov bu cür turnirlərin faydasından söz açıb.

Milli Məclisin deputatı Tahir Mirkişili öz komandası adından təşkilatçılara təşəkkür edib. Azərbaycan xalqının mübariz olduğunu bildirən deputat 2020-ci ildə bu statusun dəyişdiyini və özümüzü dünyaya zəfər xalqı kimi tanıtdığımızı vurğulayıb. O, Azərbaycan üçün yeni səhifə açan şəhidlərə Allahdan rəhmət diləyib. T.Mirkişili zəfər xalqı statusunu hər bir sahədə, eləcə də futbolda təzahür etdirməli olduğumuzu xüsusi qeyd edib. O deyib ki, bu turnir də həmin təşəbbüsün bir parçasıdı

İAM-ın sədri Elşən Məmmədov isə hər iki komandanın üzvlərinə minnətdarlığını bildirərək, deputatların turnirə böyük dəstək olduqlarını, onların bəzilərinin fəxri qonaq qismində oyunlarda iştirak etdiklərini söyləyib:

"Milli Məclisin deputatları Zəfər Kubokunun oyunları zamanı fəxri qonaq qismində iştirak ediblər. Onlar belə bir turnirin təşkilinə böyük önəm verərək, jurnalistlərlə yoldaşlıq görüşü keçirməyə hazır olduqlarını bildiriblər. Qazi jurnalistlərlə deputatlar arasındakı görüş məhz bu təşəbbüsün nəticəsi, müharibə veteranlarına və Zəfər Kubokuna verilən dəyərin təzahürüdü".


Daha sonra mərhum jurnalist və idman xadimi Elnur Əşrəfoğlunun oğlu Mətin Şükürova ETOPAZ-ın rəhbəri Altay Əliyevin adından pul mükafatı təqdim olunub.

Ardınca isə Milli Məclisin sədri Sahibə Qafarovanın adından turnirin təşkilatçısı E.Məmmədova xüsusi plaket verilib. İAM sədri isə öz növbəsində qarşı tərəfə xatirə hədiyyəsi təqdim edib.

M.Məmmədovun rəmzi toxunuşu ilə oyun start götürüb. Deputatlar komandasının heyətində Məzahir Əfəndiyev, Mahir Abbaszadə, Tahir Mirkişili, Vüqar Bayramov, Nurlan Həsənov, Fazil Mustafa, Ramin Məmmədov, Cavid Osmanov və Ceyhun Məmmədov yer alıb. Məşqçi funksiyasını isə Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev yerinə yetirib.

"Suqovuşan" komandasının heyəti isə Mahir Süleymanov, Daşqın Əziz, Mahal Məmmədov, Nurşən Quliyev, Rasim Mədəd, Xalid Ağalıyev, Vüsal Hacı və İlkin Əhmədovdan ibarət olub. Komandanı məşqçi kimi meydana Rəşad Baxşəliyev çıxarıb.

Qarşılaşma jurnalistlərdən ibarət komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb. "Suqovuşan"ın qollarından 2-ni Nurşən Quliyev, digərlərini isə Xalid Ağaliyev və Rasim Mədəd vurub. Deputatlar komandasından isə Fazil Mustafa fərqlənib.

Ardınca "Xocavənd" və "Ağdam" komandaları arasında final oyunu təşkil olunub. Fəxri qonaqlar sırasında "Qəbələ" futbol klubunun prezidenti Fariz Nəcəfov, Azərbaycan Voleybol Federasiyasının 1-ci vitse-prezidenti Faiq Qarayev, minifutbol üzrə Avropa çempionluğu qazanmış Azərbaycan milli komandasının üzvləri, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, "TT Fight Club"un direktoru Şəhriyar Abbasov, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev və veteran futbolçu Novruz Əzimov da qatılıblar.

Bundan başqa, Elnur Əşrəfoğlunun, eləcə də şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun ailə üzvləri də final oyununa dəvət olunublar. Onlara təşkilatçılar və Şəhriyar Abbasov tərəfindən xatirə hədiyyələri təqdim olunub.

Fariz Nəcəfov və Şəhriyar Abbasovun topa rəmzi toxunuşundan sonra həlledici oyun başlayıb. Finalda "Xocavənd"ə 3:1 hesabı ilə qalib gələn "Ağdam" Zəfər Kubokunun qalibi olub. Matçda hesabı "Xocavənd" futbolçuları açıblar. Fərid Məmmədov fərqlənib. Lakin onların qol sevinci cəmi 1 dəqiqə çəkib. Elvin Rüstəmov tarazlığı bərpa edib. Az sonra isə Mirbağırağa Cəfəri dəqiq zərbə ilə hesabı "Ağdam"ın xeyrinə dəyişib. İkinci hissənin ortalarında növbəti dəfə fərqlənən Cəfəri həm dublunu, həm də yekun nəticəni müəyyənləşdirib.

Final görüşünün ardından mükafatlandırma mərasimi keçirilib.

Finalda "Xocavənd"i məğlub edən "Ağdam" komandasında Zəfər Kuboku, 2 000 manat pul mükafatı verilib. "Xocavənd" isə 1 200 manat pul mükafatı əldə edib. Hər iki komandanın üzvləri diplomlarla da təltif olunublar.

İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında minifutbol üzrə Zəfər Kubokunun bombardirləri və ən yaxşı oyunçuları mükafatlandırılıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov turnirin ən yaxşı qapıçısı Ramiz Mirzəzadə ("Xocavənd"), hərəyə 9 qolla ən məhsuldar oyunçular - Mirbağırağa Cəfəri ("Ağdam") və Sərxan İbrahimoğlu ("Xocavənd"), həmçinin turnirin ən yaxşı futbolçusu M.Cəfəriyə pul mükafatı təqdim edib.

Turnirin yüksək səviyyədə keçirilməsində əməyi olan Təşkilat Komitəsinin üzvləri, hakimlər və könüllülər də mükafatçılar sırasında yer alıblar. Həmçinin, "Report" İnformasiya Agentliyi turnirin işıqlandırmarılmasındakı dəstəyinə görə xüsusi mükafatla təltif olunub. Mükafat "Report"un direktoru Fuad Hüseynəliyevə təqdim edilib.

Qeyd edək ki, Zəfər Kuboku İAM-ın təşkilatçılığı, Azərbaycanın ilk qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu, "Huner Group"un sponsorluğu, TOC klinikası və "Kəhriz Su" şirkətinin tərəfdaşlığı, "Report" agentliyinin informasiya dəstəyi ilə təşkil olunub.












Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

17-06-2022, 18:0

ZƏFƏR KUBOKUNUN FİNAL PROQRAMI AÇIQLANDI

Maraqlı

4-05-2022, 21:0

Zəfər Kubokunun açılış mərasimi keçirildi

Ölkə futbolu

28-05-2022, 20:0

Zəfər Kubokunda finalçılar bəlli olub

Maraqlı

19-04-2022, 10:0

Zəfər Kubokunda komandaların sayı artırıldı

Maraqlı

4-05-2022, 14:0

Zəfər Kubokunun açılış mərasimi keçirildi

Maraqlı

17-05-2022, 10:0

Zəfər Kubokunda 2-ci turun oyunları keçirilib - FOTOLAR

Aktual
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
Son xəbərlər
  • Bu gün, 11:23
    “Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
  • Bu gün, 10:52
    Millimiz Qazaxıstana uduzdu
  • Bu gün, 10:31
    Məşhur futbolçu inadından dönmür
  • Bu gün, 10:00
    Portuqaliyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
Daha çox
Oxunub: 330
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 110
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə