• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Zəfər Kubokunun açılış mərasimi keçirildi

Maraqlı

4-05-2022, 14:0

İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokunun açılış mərasimi keçirilib.

"Football-plus.az" xəbər verir ki, Bakı Olimpiya Stadionunun qapalı meydançasında təşkil olunmuş tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov, AFFA-nın baş katibi Sərxan Hacıyev, Milli Məclisin deputatları Aqil Abbas və Mahir Abbaszadə, "Sabah" klubunun idman direktoru İqor Ponomaryov, Vətən müharibəsi iştirakçısı Ramin Yunusov ilə Daşqın Əziz və digər şəxslər iştirak ediblər.

İlk olaraq yarışın Təşkilat Komitəsinin üzvü Mehman Süleymanov tədbir iştirakçılarını salamlayıb. O, turnirdə 12 komandanın iştirak etdiyini xatırladıb: "Komandaların hər biri işğaldan azad olunmuş bölgələri təmsil edir. Yarış İAM və ETOPAZ-ın 10 illik yubileyi münasibəti ilə təşkil olunur. Final matçı isə mərhum jurnalist Elnur Əşrəfoğlunun doğum gününə təsadüf edəcək. Bundan əlavə, yarış bir sıra əlamətdar günlərə də təsadüf edir".

Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İAM-ın sədri Elşən Məmmədov belə bir formatda ilk turnirin ötən il özünün də İdarə Heyətində təmsil olunduğu Azərbaycan İdman Jurnalistləri Federasiyasının təşkilatçılığı ilə gerçəkləşdiyini xatırladıb:

"Bu il turnirimiz Zəfər Kuboku adlanır. Kimin təşkil etməsindən asılı olmayaraq, bu format yaşamalıdır. Çünki komandalar işğaldan azad olunmuş ərazi vahidlərini təmsil edir, üstəlik, iştirakçı sayı daha da artır. Bütün bunlar yarışa olan böyük maraqdan xəbər verir. Komandaların forma nömrələri işğaldan azad olunmuş ərazilərin avtomobil seriyalı olsa da, Xocalı rayonu avtomobil seriyaları arasında yoxdur. Tədbirimizə qatılan səlahiyyətli şəxslərdən xahiş edərdim ki, bu məsələnin həllinə yardımçı olsunlar".


Nazirlik rəsmisi Elnur Məmmədov yüksək təşkilatçılığa görə İAM-a təşəkkür edib:

"Ümid edirəm ki, turnir hər il keçiriləcək. İAM həmişə təşkilatçılığı ilə seçilib. Azərbaycanlılar sağlam həyat tərzini və idmanı sevirlər. Bu, mediada da özünü göstərir. Biz 30 il ərzində baş verənləri unutmadıq, unutmamalıyıq Xocalə ilə bağlı məsələni çatdırmağa çalışacağıq. Elnur Əşrəfoğlunun doğum günündə finalın olması gözəl təşəbbüsdür. Əvvəlki idman yarışlarına və futbol oyunlara baxanda onu xatırlayırıq. Allah Elnura rəhmət eləsin. Onu qəlblərdə yaşatdığınız üçün təşəkkürümü bildirirəm. Allah şəhidlərə rəhmət eləsin, qazilərə can sağlığı versin".


MEDİA-nın rəhbəri Əhməd İsmayılov belə bir tədbirə dəvət almalarına sevindiklərini söyləyib. O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı qələbədə medianın da rolunun olduğunu vurğulayıb:

"İndi isə media nümayəndələri Zəfər Kubokuna fəal qoşulublar. Komandaların adları işğaldan azad olunmuş bölgələrindi. Bu, sevindiricidi. Zəfərimizin mahiyyətini və qələbəni gələcək nəsillərə çatdırmalıyıq. Komandalara uğurlar arzulayır, təşkilatçılara təşəkkür edirəm".


Milli Məclisin deputatlarından Aqil Abbas Qarabağın rayonlarının adlarını daşıyan futbol klublarının da olmasını arzuladığını söyləyib:

"Hazırda Azərbaycan Premyer Liqasında 8, jurnalistlərin turnirində isə 12 komanda var. Biz Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib gəldik. İndi də Zəfər Kubokunun qalibini görəcəyik".

Digər deputat Mahir Abbaszadə isə bu turnirdə özünün də Milli Məclisdə təmsil etdiyi Laçının olduğunu xatırladıb: "Həm Qarabağ, həm də Şərqi Zəngəzurda böyük idman obyektləri tikiləcək. Oradan reportajlar və xəbərlər hazırlayacaqsınız. Bəlkə də 3-4 il bundan əvvəl belə tədbirlər keçirə bilmirdik. Keçirsək də, ürəyimizcə olmurdu. Hamınıza qarşısakı oyunlarda uğurlar arzulayıram".

İqor Ponomaryov isə yarışın əhəmiyyətindən söz açıb və bütün komandalara uğurlar arzulayıb:

"Artıq ikinci ildi möhtəşəm turnirin açılış mərasimində iştirak edirəm. Dəvətə görə təşkilatçılara minnətdarlığımı bildirir, iştirakçı komandalara uğurlar diləyirəm. Zəfər Kuboku adı ilə keçirilməsinin çox böyük önəmi var. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Onların sayəsində bu gün belə bir yarış keçiririk. Media nümayəndələrinə də təşəkkür edirəm ki, təkcə qələmləri ilə yox, təşkilatçılıqları və gözəl oyunları ilə nəyə qadir olduqlarını göstərirlər".


Son olaraq Vətən müharibəsi qaziləri Ramin Yunusov və Daşqın Əziz çıxış edərək komandalara uğurlar arzulayıblar və Zəfər Kubokunu açıq elan ediblər. Dövlət Himninin səslənməsindən sonra Aqil Abbas və Ramin Yunusov topa rəmzi toxunuş ediblər. Bundan sonra isə Zəngilan və Ağdam komandaları arasında açılış matçı başlayıb.

Paylaş:
Digər xəbərlər

Maraqlı

4-05-2022, 21:0

Zəfər Kubokunun açılış mərasimi keçirildi

Maraqlı

19-04-2022, 10:0

Zəfər Kubokunda komandaların sayı artırıldı

Maraqlı

22-04-2022, 19:0

Zəfər Kubokunun püşkü atıldı - FOTOLAR

Ölkə futbolu

23-05-2022, 16:0

Zəfər Kubokunda yarımfinalçılar müəyyənləşdi

Ölkə futbolu

27-05-2022, 09:0

Gəncədə futbol festivalı keçirildi

Aktual
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
Son xəbərlər
  • Bu gün, 16:29
    Freddi Varqas "Neftçi"də!
  • Bu gün, 15:58
    “Çox xoşbəxt olduğumuzu deyə bilmərəm” – Coy-Lens Mikels
  • Bu gün, 15:29
    “Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
  • Bu gün, 15:13
    "Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı
  • Bu gün, 14:28
    Dünya çempionu vətəninə qayıtmadı
  • Bu gün, 13:55
    Güləş yığmasının dünya çempionatı üçün heyəti açıqlandı – 29 pəhləvan...
  • Bu gün, 13:39
    KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
  • Bu gün, 12:51
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 12:20
    "Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
  • Bu gün, 12:00
    "Neftçi" "Dinamo-Minsk"ə qarşı - YENİLƏNİR
  • Bu gün, 11:54
    Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
  • Bu gün, 11:23
    Leverkuzenə qayıtmayacaq
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz möhkəmləndi
  • Bu gün, 10:31
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 10:30
    Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
  • Bu gün, 10:00
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 231
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 188
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 132
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə