Dünya ulduzu Emin Mahmudova təşəkkür etdi - FOTO

16.06.2022 13:48 2 069
Maraqlı
Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov Maykl Essyenə formasını hədiyyə edib.

"Football-plus.az" xəbər verir ki, qanalı veteran futbolçu bu məlumatı "instaqram" hesabındakı izləyiciləri ilə bölüşüb:

"Forma üçün təşəkkür edirəm, Mahmudov. Sənə ən yaxşısını arzulayıram və yeni mövsümdə uğurlar diləyirəm".