Markos Antonio Ukraynanı tərk etmək qərarına gəlib.
Braziliyalı futbolçu karyerasını İtaliyada davam etdirəcək. 2019-cu ildən “Şaxtyor”da çıxış edən 21 yaşlı yarımmüdafiəçi iyunun 20-də Romaya yollanacaq. O, tibbi müayinədən uğurla keçəcəyi halda “Latsio” ilə 5 illik müqaviləyə qol çəkəcək.