“Mançester Yunayted”i “Roma”ya dəyişir

14.06.2022 23:05 331
Dünya futbolu
“Mançester Yunayted”də qalmayacağı çoxdan bilinən Nemanya Matiçin yeni klubu müəyyənləşib.

İngiltərə nəhəngi ilə müqaviləsi yenilənməyən yarımmüdafiəçi bundan sonra İtaliyada top qovacaq. İnsayder Fabritsio Romano onun “Roma” ilə “1+1 il” sxemi üzrə razılığa gəldiyini xəbər verib. Artıq İtaliya paytaxtına gələn 33 yaşlı serb futbolçu tibbi müayinədən uğurla keçəcəyi halda “canavarlar”la müqaviləni rəsmiləşdirəcək.