Merih Dəmiralın gələcək karyerasına qismən aydınlıq gəlib.
Türkiyəli futbolçu Turinə qayıdacaq. Onun xidmətindən ötən mövsüm icarə əsasında yararlanan “Atalanta” rəhbərliyi müdafiəçinin transfer hüququna sahib çıxmamaq qərarına gəlib.
Mövsüm ərzində A seriyasında 28 oyuna 1 qol vuran Merihin “Yuventus”da qalıb-qalmayacağı hələlik məlum deyil.