"Rayo Valyekano"nun hücumçusu Radamel Falkao yeni mövsümdə də İspaniya klubunda çıxış edəcək.
"Football-plus.az" "EFE"yə istinadən xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin idman direktoru David Kobeno məlumat verib. O, kolumbiyalı oyunçu ilə 1 illik yeni müqavilə imzalayacaqlarını deyib.
Qeyd edək ki, 36 yaşlı futbolçu ötən mövsüm meydana çıxdığı 22 oyunda 6 qol vurub.