• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Artıq yığmada da nəticə qazanmaq istəyirik” - Mahir Emreli

Ölkə futbolu

28-05-2022, 18:0

Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli “CBC Sport” telekanalında yayınlanan “Start” proqramının qonağı olub.

"Football-plus.az" xəbər verir ki, milli üzvü Polşa “Legiya”sında çıxış edərkən və ordan ayrılandan sonra başına gələnlər haqda danışıb:

“Hazırda Polşa millisini çalışdıran, “Legiya”nın sabiq baş məşqçisi Çeslav Mixneviçlə münasibətlərim yaxşıdı. Baxmayaraq ki, onların mətbuatı fərqli şeylər yazırdı, amma indi də əlaqəmiz var, hərdən danışırıq. O vaxt mediada qeyd olunanların çoxu doğru deyildi. Mixneviç “Velodrom”da baş tutan “Marsel” – “Qarabağ” matçını izləyirdi. Fransa klubunun hücumçusu Arkadiuş Milik Polşa yığmasının üzvüdü və o, futbolçunun oyununa baxmağa getmişdi. Həmin vaxt stadiondan mənə şəkil atdı ki, “Qarabağ”ın oyunundayam. Sabiq komandam haqda da müsbət fikirlər səsləndirdi. Dedi ki, “Qarabağ” çox yaxşı təsir bağışlayır. Əla komandadı, rəqibdən çəkinmir”.


24 yaşlı hücumçu “İstanbul BŞ”dən təklif almasına və niyə məhz “Zaqreb “Dinamo”sunu seçməsinə də toxunub. “Legiya” ilə münasibətlərinin korlanmasına görə çətin dönəmdən keçdiyini də etiraf edib:

“Həmin vaxt bütün danışıqları menecerim aparırdı. Açığı, çətin dönəm oldu mənim üçün. Həmin vaxt hətta futbolsuz da qala bilərdim. “Dinamo”dan təklif gələndə həm ailə üzvlərim, həm də futbolda mənə məsləhət verən insanlar ilə danışdım. Hamının, demək olar, münasibəti eyni oldu ki, yaxşı variantdı, Xorvatiyaya getsən, yaxşı olar. “Legiya” ilə danışıqlar prossesi çox uzandı, hətta son saniyələrə kimi inanmırdım ki, müqaviləyə imza ata biləcəm. “Dinamo”nun düşərgəsində olanda nə qədər böyük kluba getdiyimi anladım. Düzdü, başqa klublardan da təkliflər var idi. Niyə “İstanbul BŞ”ni seçmədim? Məndə yaxşı mənada eqoizm var. Bəlkə də bu, uzun müddət “Qarabağ”da oynamaqdan irəli gəlir. Hər il çempionluq, titullar, Çempionlar Liqası və Avropa Liqasının qrupunda oynamaq vərdişi yaranıb. “Dinamo” da belədi. Qarşısına ciddi məqsədlər, hədəflər qoyan klubdu. Hər il ya Çempionlar Liqasında, ya da Avropa Liqasında qrupda çıxış edir. Çox vaxt qrupdan çıxır. “Dinamo” ildən-ilə daha da iddialı olur. Klub nə qədər iddialı olsa, futbolçu da bir o qədər inkişaf edər, öz üzərində daha çox işləyər. Bu səbəbdən Zaqreb klubuna üstünlük verdim. Yerli klublardan təklif yox idi. Açığı, heç ağlımdan da keçmədi”.


Mahir “Dinamo”nu “Qarabağ”la da müqayisə edib. Milli üzvü klubların bir-birinə oxşadığını söyləyib:

“Zaqreb “Dinamo”su mənə “Qarabağ”ı xatırladır. Azərbaycan premyer-liqasında da bütün klublar Ağdam komandasına qarşı müdafiədən oynayır. Xorvatiyada “Dinamo”nun oyunlarında da belədi. Rəqiblər daha çox öz qapılarının toxunulmazlığı barədə düşünürlər deyə, müdafiə xəttini yarmaq çətin olur. “Dinamo”nun heç böyükhesablı, darmadağınla bitən qələbələrini xatırlamıram. Ən çox 3 top fərqi ilə qələbə qazanmışıq. Ümumiyyətlə, Xorvatiya liqası maraqlı çempionatdı. Səfər oyunlarımızda da yaxşı ab-hava olur. Xorvatiya çempionatında oynamaq maraqlıdı”.


Hücumçu artıq yığmada nəticələr qazanmaq istədiklərini deyib. Emreli baş məşqçi Canni de Byazi ilə müqavilənin müddətinin uzadılmasına da münasibət bildirib:

“Düzdü, millinin zəif nəticələrdən biz də bezmişik. Artıq Azərbaycan yığmasında da nəticələr qazanmaq istəyirik. Hamının adından deyə bilmərəm ki, De Byazinin millidə qalması hər kəsi sevindirdi. Ümumiyyətlə, yığmada hamı həvəslə, can-başla oynamaq istəyir. Kimin məşqçi olacağını düşünməyi xoşlamıram. Meydana çıxıb öz oyunumuzu göstərməliyik. Əslində bu AFFA-ya veriləcək sualdı. Bizim işimiz çıxıb meydanda mübarizə aparmaqdı”.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər
Aktual
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
Son xəbərlər
  • Bu gün, 15:58
    “Çox xoşbəxt olduğumuzu deyə bilmərəm” – Coy-Lens Mikels
  • Bu gün, 15:29
    “Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
  • Bu gün, 15:13
    "Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı
  • Bu gün, 14:28
    Dünya çempionu vətəninə qayıtmadı
  • Bu gün, 13:55
    Güləş yığmasının dünya çempionatı üçün heyəti açıqlandı – 29 pəhləvan...
  • Bu gün, 13:39
    KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
  • Bu gün, 12:51
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Bu gün, 12:20
    "Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
  • Bu gün, 12:00
    "Neftçi" "Dinamo-Minsk"ə qarşı - YENİLƏNİR
  • Bu gün, 11:54
    Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
  • Bu gün, 11:23
    Leverkuzenə qayıtmayacaq
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz möhkəmləndi
  • Bu gün, 10:31
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 10:30
    Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
  • Bu gün, 10:00
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 231
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 188
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 131
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə