"Turan Tovuz" Ayxan Abbasovla razılıq əldə etdi

28.05.2022 17:32 880
Ölkə futbolu
Xəbər verdiyimiz kimi “Turan Tovuz” İB-nin Müşahidə Şurasının son iclasında Ayxan Abbasovla danışıqlara başlanılması haqda qərar qəbul edilmişdi.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq PRO kateqoriyalı mütəxəssislə razılıq əldə olunub. Qısa müddət ərzində A. Abbasovla rəsmi müqavilə imzalanacaq.

Müqavilənin detalları, klubun strategiyası, hazırlıq planı və transfer siyasəti haqqında ictimaiyyətə ətraflı məlumat veriləcək.