Xorvatiya çempionatında 34-cü turun oyunları keçirilir.
"Football-plus.az" saytının məlumatına görə, Mahir Emrelinin çıxış etdiyi "Dinamo" "Osiyek"lə qarşılaşacaq. Ancaq millimizin üzvünün bu matçda iştirak edib-etməyəcəyi sual altındadı. Bu barədə Xorvatiyanın "İndex.hr" saytı xəbər yayıb. Buna səbəb çiynində ağrılar olmasıdı.
Qeyd edək ki, Mahir iki tur öncə çiynindən zədələnmişdi. Lakin o, son turda "Lokomotiv"lə oyunda 1 saatdan artıq meydanda oldu.