Dadaşov komandasına qələbə qazandırdı

8.05.2022 11:07 678
Ölkə futbolu
Almaniyanın Qərb Regional Liqasında 37-ci turun oyunları keçirilib.

"Football-plus.az" saytının məlumatına görə, Rüfət Dadaşovun çıxış etdiyi “Şalke-2” səfərdə "Uerdinqen"lə üz-üzə gəlib. Matç Rur təmsilçisinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycanlı futbolçu da bu görüşə iştirak edib. O, 74-cü dəqiqədə meydana daxil olub. Rüfət, 80-ci dəqiqədə komandasına qələbə qazandıran qolu vurub. Bu, onun 2021/22 mövsümündə "Şalke-2"də 10-cu qolu olub.

Qeyd edək ki, "Şalke-2" 44 xalla 20 komanda arasında 11-ci pillədə qərarlaşıb.