Şərhçi və teleaparıcı Denis Kazanski premyer-liqanın 37-ci turunun "Mançester Yunayted" - "Çelsi" oyunu ilə bağlı proqnoz verib.
“Football-plus.az” saytının məlumatına görə, o, “qırmızı-şeytanlar”ın hücumçusu Kristiano Ronaldonun bu qarşılaşmada fərqlənəcəyini qeyd edib:
[quote]"Düşünürəm ki, Ronaldo bu oyunda da diqqət mərkəzindədi. Məncə, o, sadəcə böyük matçlar üçün yaradılıb. “Norviç”lə görüşdə baş verənləri xatırlayanda mənə elə gəlir ki, doğma stadionda çox güclü Ronaldo olacaq. Kriştianonun qol vuracağını hiss edirəm”. [/quote