“Mançester Yunayted”in iki zədəli futbolçusu ilə bağlı xəbər yayılıb.
Kriştiano Ronaldo zədəsini sağaldıb. Bu barədə klubun baş məşqçisi Ralf Ranqnik məlumat verib. O, portuqaliyalı hücumçunun komanda ilə ümumi məşqlərə qayıtdığını bildirib. Alman mütəxəssis Ronaldonun bu gün premyer-liqanın 29-cu turunda “Tottenhem”lə keçiriləcək matçda oynaya biləcəyini söyləyib. Qeyd edək ki, Kriştiano zədə səbəbindən 28-ci turun “Mançester Siti” ilə oyununu (1:4) buraxmışdı.
Onun kimi, Edinson Kavani də zədəsini sağaldıb. Amma uruqvaylı hücumçunun “Tottenhem”ə qarşı oyunda iştirakı təsdiqlənməyib.