Bu gün 2-ci liqaya vəsiqə qazanmaq uğrunda pley-off görüşü keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, həlledici oyunda "Biləsuvar" "Ağstafa Gəncləri" ilə üz-üzə gələcək. Yevlax şəhər stadionunda keçiriləcək qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.
Qeyd edək ki, ötən mövsüm "Ağstafa Gəncləri" 2-ci liqanı 11-ci pillədə başa vurub. "Biləsuvar" isə Region Liqasında üçüncü yeri tutub.
2-ci liqa uğrunda pley-off oyunu
Biləsuvar – Ağstafa Gəncləri
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Rahil Ramazanov, Tərlan Talıbzadə, Ruslan Quliyev.
29 may. Yevlax, şəhər stadionu. Saat 16.00.