"Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu

14.07.2026 14:53 21
Avrokuboklar / Aktual
“Sabah”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Nyu Seynts”ə qarşı keçirəcəyi cavab oyunu üçün satılan biletlərin sayı açıqlanıb.

“Football-plus.az” Uels təmsilçisinin saytına istinadla xəbər verir ki, satışa çıxarılan 1715 biletdən 1410-u qalıb. Qalan 305 bilet isə sahibini gözləyir. Satış prosesi klubun saytı vasitəsilə davam edir. Yəni oyunun başlayacağı vaxta kimi daha çox bilet satıla, hətta tükənə bilər.

Xatırladaq ki, “Nyu Seynts” azarkeşlərinə 4 bilet növü təqdim edib. VİP biletlər 45, sadə biletlər 22, 60 yaşdan yuxarı azarkeşlər üçün nəzərdə tutulan biletlər 15, 18 yaşadək olan tərəfdarlar üçün biletlər isə 8 funt sterlinqdi. Bu o deməkdi ki, qiymətlər, uyğun olaraq, təxminən 101, 49, 33 və 18 manatdı.

Oyun Bakı vaxtı ilə saat 21.30-da başlayacaq.

KƏNAN BAHADIR