2-ci liqa oyununun yeri dəyişdirildi

15.03.2026 19:52 31
Ölkə futbolu
Əlverişsiz hava şəraiti səbəbindən "Ağstafa Gəncləri"nin ev oyunlarını keçirdiyi Ağstafa şəhər stadionunun ot örtüyü yararsız vəziyyətə düşüb.

"Football-plus.az" xəbər verir ki, bununla əlaqədar 2-ci liqanın 18-ci turu çərçivəsində martın 16-da keçirilməsi planlaşdırılan "Ağstafa Gəncləri" – "Şirvan" oyununun yeri dəyişdirilib.

Hər iki klubla aparılan müzakirələrdən sonra Peşəkar Futbol Liqası qarşılaşmanın Göygöl Olimpiya İdman Kompleksinin stadionunda keçirilməsinə qərar verib.

Oyunun başlanma saatı və digər detallar dəyişməz olaraq qalır.