2025/26 mövsümündə 2-ci liqa ilə bağlı pley-off görüşünün keçirilməsi barədə qərar qəbul edilib.
Mövsümü 2-ci liqada 12-ci pillədə başa vuran “Araz Saatlı” və 10-cu yeri tutmasına baxmayaraq, növbəti mövsüm üçün 2-ci liqa lisenziyası ala bilməyən “Göygöl” liqanı tərk edəcək.
Beləliklə, Region Liqasında yüksək yerləri tutmuş və II Liqa tələblərinə cavab verərək lisenziya əldə etmiş iki klub — Region Liqasının qalibi “Zəngəzur” və finalçısı “Marafon” 2026/27 mövsümündə 2-ci liqada iştirak etmək hüququ qazanıb.
2025/26 mövsümündə 2-ci liqanı 11-ci pillədə başa vuran “Ağstafa Gəncləri" isə Region Liqasının bürünc medalçısı — “Biləsuvar” ilə 2-ci liqaya vəsiqə uğrunda pley-off oyununda qarşılaşacaq.