Serxi Robertonun yeni klubu müəyyənləşib.
“Barselona”nın sabiq kapitanının “Komo”ya keçidi rəsmiləşib. İtaliya klubunun mətbuat xidmətinin məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Serxi 2013-cü ildən “Barselona”nın əsas komandasında çıxış edib. O, bu yay ayrıldığı Kataloniya klubu ilə 7 dəfə La Liqanın, 2 dəfə Çempionlar Liqasının qalibi olub.
Xatırladaq ki, “Komo”nun baş məşqçisi Robertonun “Barselona”dakı sabiq komanda yoldaşı Fransesk Fabreqasdı.