“Barselona” onu birdəfəlik transfer etdi

24.08.2024 22:14 310
Dünya futbolu
“Barselona” “Jirona”nın futbolçusu Pau Viktoru birdəfəlik transfer edib.

Kataloniya klubunun rəsmi saytının yaydığı xəbərə görə, 22 yaşlı hücumçu ilə müddəti 2029-cu ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Viktor ötən mövsüm icarə əsasında “Barselona Atletik”də çıxış edib. O, bütün turnirlərdə 39 matçda iştirak edib, 20 qol vurub və 6 məhsuldar ötürmə edib.