"Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, "Gənclərbirliyi" ilə qarşılaşan bölgə təmsilçisi 4:0 hesablı qələbə qazanıb. Komandanın heyətində Dioqo Balau, İbrahima Vadji, Alexandro Serrano və Faiq Hacıyev fərqləniblər.
“Turan Tovuz” Ankara hazırlığı çərçivəsində daha öncə İranın U-21 yığması və Türkiyənin 1-ci liqa təmsilçisi "Fatih Karagümrük"lə qarşılaşıb və hər iki oyun 1:1 hesabı ilə başa çatıb. Həmçinin Tovuz təmsilçisi Türkiyə “Iğdır”ı ilə gücünü sınayıb və 1:0 hesabı ilə qalib gəlib.