"Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...

3.08.2026 13:16 12
Avrokuboklar
Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.

Püşkdə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Orhus” (Danimarka) - “Sabah” cütünün məğlubunun rəqibi də müəyyənləşəcək.

Məğlub tərəf Avropa Liqasının pley-off mərhələsində adları aşağıda qeyd edilən rəqiblərdən biri ilə qarşılaşacaq:

“Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya) cütünün qalibi
“Makkabi” (Tel-Əviv, İsrail) – ÇSKA (Bolqarıstan) cütünün qalibi
“Lex” (Polşa) – Klaksvik (Farer adaları) cütünün qalibi
“Hradets-Kralove” (Çexiya) – “Beşiktaş” (Türkiyə) cütünün qalibi


Pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə avqustun 27-də keçiriləcək.