Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ

3.08.2026 12:35 26
Ölkə futbolu
"Qarabağ" heyətinə yeni futbolçu cəlb edib.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi Pakistanın U-20 yığmasının kapitanı Əbdül Səməd Xanla anlaşıb.

Onunla ilə 2 illik müqavilə imzalanıb.

Səməd “Qarabağ”ın U-17 və U-19 yaşlılardan ibarət heyətlərində oynayacaq.

Yarımmüdafiəçi Pakistanın U-17 yığmasının da kapitanı olub.