Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
"Football-plus.az" xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatmada “Dinamo” (Kiyev, Ukrayna) - “Qarabağ” (Azərbaycan) cütünün qalibinin də rəqibi müəyyənləşib. Ağdam təmsilçisinin yüksək reytinqi səbəbindən bu cütlük səpələnmişlər səbətində yer alıb.
Püşkün nəticəsinə əsasən, rəqib səpələnməmişlər səbətindəki “Tvente” (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi olub.
“Qarabağ” mərhələ adlasa, ilk oyunu səfərdə keçirəcək.
Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27 avqustda keçiriləcək.