Ramilin yeni klubu açıqlandı

3.08.2026 20:00 20
Ölkə futbolu
Ramil Şeydayevin yeni klubu bəlli olub.

"Football-plus.az" xəbər verir ki, 30 yaşlı futbolçu Rusiyanın 1-ci liqa təmsilçisi "Soçi" klubuna transfer olunub. Tərəflər arasında 2026/2027 mövsümünün sonunadək qüvvədə olan müqavilə imzalanıb. O, yeni komandasında 7 nömrəli formanı geyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Şeydayev karyerası ərzində "Qarabağ", "Zenit", "Jilina", "Neftçi", "Kocaelispor", "Buriram Yunayted" və digər klubların formasını geyib.