"Sumqayıt" hücumçu transfer etdi

3.08.2026 17:55 14
Ölkə futbolu
“Sumqayıt” daha bir futbolçu keçidini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

"Gənclik şəhəri" təmsilçisi son klubu Braziliyanın “Kaşias” kollektivi olan hücumçu Jeam Oliveyra ilə "1+1" illik müqavilə imzalayıb.

31 yaşlı futbolçu Braziliyanın “Fortaleza” klubunun yetirməsidi.