Millimizin rəqibləri məlum oldu

3.08.2026 15:00 6
İdman
Qadın voleybolçulardan ibarət millimiz Avropa çempionatına hazırlığın son mərhələsini Bakıda keçir.

"Football-plus.az" xəbər verir ki, komandanın Bakıdakı təlim-məşq toplanışı çərçivəsində Latviya və Belarus yığmaları ilə yoxlama oyunları keçirməsi də planlaşdırılır.

2026-cı il Avropa çempionatının C qrupunun oyunları Bakıda təşkil olunacaq. Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq. Oyunlar 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.