Fabreqas üçün yeni təyinat

22.07.2024 00:36 301
Dünya futbolu
Növbəti mövsümdən A seriyasında çıxış edəcək “Komo”da gözlənilən hadisə baş verib: komandanın yeni baş məşqçisi müəyyənləşib.

İtaliya klubunun mətbuat xidmətinin yaydığı xəbərə görə, komandanı Franesk Fabreqas çalışdıracaq. İspaniyalı mütəxəssislə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 37 yaşlı Fabreqas futbolçu karyerasını 2023-cü ilin yayında məhz “Komo”da başa vurub. İspaniya millisinin sabiq yarımmüdafiəçisi 2023-cü ilin dekabrından komandada köməkçi-məşqçi kimi çalışırdı.