“Barselona”da yeni anlaşma

7.03.2023 17:23 252
Dünya futbolu
“Barselona”da çoxdan gözlənilən əməliyyat rəsmiləşib. Serxi Roberto ilə müqavilə yenilənib.

"Football-plus.az" xəbər verir ki, ispan futbolçu ilə müddəti 2024-cü ilin yayında sona çatacaq yeni müqavilə imzalanıb.

31 yaşlı müdafiəçiyə 400 milyon avro satış qiyməti qoyulub. Qeyd edək ki, Serxi “Barselona”nın yetirməsidi. O, 2006-cı ildən komandadadı. Roberto bu mövsüm bütün turnirlərdə 24 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.