"Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər

3.08.2026 15:26 27
Avrokuboklar
Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

"Football-plus.az" xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Orhus” (Danimarka) - “Sabah” (Azərbaycan) cütünün məğlubunun rəqibi də müəyyənləşib.

Məğlub tərəf Avropa Liqasının pley-off mərhələsində “Benfika” (Portuqaliya) – “Harts” (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə avqustun 27-də keçiriləcək.