"Sabah"ın potensial rəqibi bəlli olur

3.08.2026 11:15 36
Avrokuboklar
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14.00-da başlayacaq.

Püşk zamanı “Orhus” (Danimarka) - “Sabah” cütünün qalibinin də rəqibinin kimliyinə aydınlıq gələcək.

Bu cütlük səpələnməmişlər səbətində yer alıb. Rəqib səpələnmişlər səbətində yer alan bu komandalardan biri olacaq:

“Hapoel” (Beer-Şeva, İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi
“Dinamo” (Zaqreb, Xorvatiya) – "Jalgiris” (Litva) cütünün qalibi
“Seltik” (Şotlandiya)
“Myelbü” (İsveç) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi
AEK (Afina, Yunanıstan)


Pley-off mərhələsinin ilk oyunları avqustun 18-19-da, cavab görüşləri isə 25-26 avqustda keçiriləcək.