Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.
Püşkatmada “Dinamo” (Kiyev, Ukrayna) - “Qarabağ” cütünün qalibinin də rəqibi müəyyənləşəcək. Ağdam təmsilçisinin yüksək reytinqi səbəbindən bu cütlük səpələnmişlər səbətində yer alacaq. Artıq UEFA mümkün rəqiblərin sayını azaldıb. Rəqib səpələnməmişlər səbətindəki bu komandalardan biri olacaq:
“Hetafe” (İspaniya)
“Tvente” (Niderland) – DAK-1904 (Slovakiya) cütünün qalibi
“Beytar” (İsrail) – “Austriya” (Vyana, Avstriya) cütünün qalibi
Avropa Liqasının "Makkabi” (Tel-Əviv, İsrail) – SSKA (Sofiya, Bolqarıstan) cütünün məğlubu
Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27-də keçiriləcək.