Ötən gün Bakının Suraxanı rayonunda övladını girov götürərək onu öldürəcəyini bildirən və daha sonra polis tərəfindən zərərsizləşdirilən Xosrov Əhmədovla bağlı bəzi məqamlar bəlli olub.
“Football-plus.az” xəbər verir ki, əvvəllər ağırlıqqaldırma üzrə Azərbaycan çempionu olan və bir sıra beynəlxalq yarışlarda iştirak edən cinayətkar el arasında “Beton Xosrov” ləqəbiylə tanınırmış. Xosrovun idmançı karyerası ərzində hansı uğurlar əldə etdiyini öyrənmək üçün Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyevlə əlaqə saxladıq: