• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Türkiyə pley-offa, Çexiya evə yollandı - REPORTAJ

AÇ

30-06-2024, 21:0

F qrupu
N 35. Çexiya - Türkiyə 1:2 (0:0) 
1. Yindrjix Ştanek
(16. Matey Kovarj, 55)
5. Vladimir Tsoufal
3. Tomaş Qoleş
4. Robin Qranaç
18. Ladislav Kreyçi
15. David Yuraşek
(26. Matey Yuraşek, 81) 
22. Tomaş Souçek (k)
14. Lukaş Provod
(20. Ondrjey Linqr, 75) 
7. Antonin Barak
13. Moymir Xitil 
(11. Yan Kuxta, 55) 
9. Adam Qlojek 
(19. Tomaş Xorı, 55) 
Ehtiyat oyunçular
23. Vitezslav Yaroş
2. David Zima
6. Martin Vitik
8. Petr Şevçik
10. Patrik Şik
12. David Doudera
17. Vatslav Çernı
21. Lukaş Çerv
24. Tomaş Vlçek
25. Pavel Şults
Baş məşqçi: İvan Qaşek 

1. Mərt Günok
18. Mərt Müldür
3. Merih Dəmiral
4. Samet Akaydın
20. Fərdi Kadıoğlu
15. Salih Özcan 
(22. Kaan Ayhan, 46)
16. İsmayıl Yüksək
(5. Okay Yokuşlu, 63)
8. Arda Gülər
(9. Cenk Tosun, 75)
10. Hakan Çalxanoğlu (k)
(6. Orkun Kökçü, 87)
19. Kənan Yıldız
(7. Kərəm Aktürkoğlu, 75)
21. Barış Alpər Yılmaz 
Ehtiyat oyunçular
12. Altay Bayındır
23. Uğurcan Çakır
2. Zəki Çəlik
11. Yusuf Yazıcı
13. Ahmetcan Kaplan
17. İrfan Can Kahveci
24. Semih Kılıçsoy
25. Yunus Akgün
26. Bertuğ Yıldırım
Baş məşqçi: Vinçentso Montella 
Qollar: H.Çalxanoğlu, 51 (0:1). T.Souçek, 66 (1:1). C.Tosun, 90+4 (1:2).
Vərəqələr: A.Barak, 11. S.Özcan, 31. P.Şik, 34. K.Yıldız, 37. İ.Yüksək, 49. M.Günok, 64. H.Çalxanoğlu, 66. U.Çakır, 68. M.Müldür, 80. V.Yaroş, 84. L.Çerv, 85. S.Akaydın, 85. L.Kreyçi, 90+1. O.Kökçü, 90+5. K.Ayhan, 90+5. A.Gülər, 90+8. T.Souçek, 90+8 – sarı. A.Barak, 20 (ikinci sarı). T.Xorı, 90+8 – qırmızı. 
Hakimlər: İŞTVAN KOVAÇ, Vasile Marinesku, Ovidiu Artene (hamısı Rumıniya)
VAR hakimləri: Tomaş Kvyatkovski, Bartoş Frankovski (hər ikisi Polşa), Pol van Bukel (Niderland).
26 iyun. Hamburq. ''Folksparkştadion'' stadionu. 47683 tamaşaçı. (49000 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun ən yaxşısı: Barış Alpər Yılmaz. 

oyunun statistikası
12 (6) qapıya (“çərçivə”yə) zərbə 18 (5)
16 qayda pozuntusu 9
3 künc zərbəsi 7
0 ofsayd 1
7 (2) sarı (qırmızı) vərəqə 11 (0)
38 topa sahibolma (faizlə) 62
226 (164) ötürmə (dəqiq) 520 (453)
109 məsafə (km) 110

Montellanın bu dəfə meydana buraxdığı “11-lik” hər kəsin ürəyincə oldu. Türkiyəyə heç-heçənin sərf etməsi ilk dəqiqələrdən komandanın üzərində sanki təzyiq yaradırdı. Çexiya oyuna daha inamlı başladı. Amma ilk yarının ortalarında matçın sonrakı axarına təsir edəcək olay yaşandı. 11-ci dəqiqədən sarı vərəqəsi olan Barak 20-ci dəqiqədə daha bir kobudluğa yol verərək çexləri azlıqda qoydu. Zatən buna qədər də necə oynamaq lazım olduğunu bilməyən və kortəbii hücumlar quran Türkiyə bu “hədiyyədən” sonra özünü bir qədər də itirdi. Oyunda bütün önəmli hadisələr ikinci hissəyə təsadüf etdi. İşi şansa buraxmaq istəməyən və fasilədən sonra təzyiqi artıran “ay-ulduzlular” 55-ci dəqiqədə hesabı açdı. İlk iki oyunda liderlik keyfiyyətlərini sərgiləyə bilmədiyinə görə tənqid atəşinə tutulan kapitan Hakan Çalhanoğlu karyerasının ən gözəl qolunu vurduğu stadionda karyerasının ən vacib qollarından birini vurdu! Hakan illər öncə “Hamburq”da top qovarkən bu stadionda təxminən 40 metrdən Dortmund “Borussiya”sının qapısına cərimə zərbəsindən mükəmməl bir qol vurmuşdu. Həmin vaxt dortmundluların qapıçısı heç “canlı sədd” qurmağa da ehtiyac görməmişdi... Öz işini çətinləşdirməyi sevən Türkiyə 66-cı dəqiqədə Çexiyaya qol “bağışladı”. Türkiyəli oyunçuları qıcıqlandırmaq və təxribata sürükləmək üçün meydana çıxan ucaboy Xorı Mərt Günoka topu əlində tutmağa mane oldu. Qapı önündə yaranan qarışıqlıqdan Souçek yaxşı istifadə etdi. Bu epizodda qapıçıya qarşı kobudluq görməyən və qolu qeydə alan rumıniyalı hakim bu andan etibarən yavaş-yavaş oyunun ipini əldən buraxmağa başladı. Hər ötən dəqiqə gərginlik artırdı. Stadionda inanılmaz atmosfer yaradan türkiyəli fanatların “dəlicəsinə” dəstəyi “ay-ulduzlular”ı həvəsdən düşməyə qoymadı. Zatən azlıqda oynayan Çexiya son anlarda riskə gedərək bütün komanda ilə irəli atılmağa başladı. Bu da müdafiədə boşluqların yaranmasına səbəb oldu. 2-ci hissədə meydana çıxan Cenk Tosun əsas vaxta artırılan 4-cü dəqiqədə məsuliyyəti üzərinə götürərək əks-hücumu özü tamamladı və əla zərbə ilə topu uzaq küncə göndərdi. Türkiyə AÇ-2008 və AÇ-2016-da olduğu kimi, qrupun son oyununda Çexiyanı məğlub etmək ənənəsini bu dəfə də davam etdirdi. 2008-dən bəri ilk dəfə pley-offa yüksələn qardaş ölkənin komanda 1/8 finalda Avstriyaya rəqib oldu.

Reaksiyalar
İvan Qaşek:

“Erkən qırmızı vərəqə bütün oyun planımızı və strategiyamızı pozdu. Hər şeyi hakimin üstünə atmaq istəmirəm. Özümüzdə də günah var. Gürcüstanı məğlub etməliydik. Bunu bacarsaydıq, Türkiyə ilə oyunun ssenarisi tam fərqli olardı. Təəssüf ki, ümidləri doğrulda bilmədik və evə qayıtmaq məcburiyyətindəyik. Çox üzgünük. Çünki bu komandanın potensialı pley-offa çıxmağa imkan verirdi. Oyunçularım son ana qədər əllərindən gələni etdilər. Amma əməklərinin qarşılığını ala bilmədilər. Hər şeyə rəğmən, komandada pozitiv ab-hava var və bu məqam məni gələcəyə ümidlə baxmağa vadar edir. Türkiyəli fanatlara da təşəkkür edirəm. Bu gün stadionda həyatımın ən gözəl atmosferlərindən birini yaşadım”.


Vinçentso Montella:
“Düzdü, rəqib azlıqda qalandan sonra daha yaxşı oynaya bilərdik. Buraxdığımız qolda qayda pozuntusu var idi. Əsas odu ki, hədəfə çatdıq. Qrupdan çıxmaqla tarixi uğur əldə etdik. Çünki Türkiyə uzun illər idi nəhəng turnirlərdə bunu bacarmamışdı. Üstəlik pley-offa çıxan ən gənc komanda olduq. Oyunçularıma və təbii ki, fanatlarımıza təşəkkür edirəm. Bu zəfəri doyunca qeyd edəndən sonra növbəti hədəfə köklənəcəyik. Yeni tarix yazmaq istəyirik. Avstriya ilə turnirdən öncə qarşılaşmışdıq. Onları yaxşı tanıyırıq. Bu matça ən güclü şəkildə hazırlaşacağıq. Bacardığımız qədər irəliləməyə çalışacağıq”.

Faktlar
* Türkiyə tarixində 3-cü dəfə AÇ-də pley-offa yüksəldi. Bu, daha öncə AÇ-2000 və AÇ-2008-də baş vermişdi.
* Montella Türkiyəni nəhəng turnirlərdə pley-offa daşıyan ilk əcnəbi məşqçi kimi tarixə düşdü. Qardaş ölkə AÇ-2000-də Mustafa Dənizli, DÇ-2002-də Şenol Günəş, AÇ-2008-də Fatih Terimlə pley-offa yüksəlmişdi.
* Barak 20-ci dəqiqədə qovulmaqla AÇ tarixində ən erkən qırmızı vərəqə alan futbolçu oldu. Əvvəlki antirekord AÇ-2008-də İtaliya ilə oyunda 24-cü dəqiqədə qovulan fransalı Erik Abidala məxsus idi.
* Çexiya – Türkiyə AÇ tarixinin ən kobud qarşılaşması oldu. Turnirin tarixində ilk dəfə bir oyunda hakim 20 vərəqə (18 sarı, 2 qırmızı) göstərdi.

Bombardirlər: Mikautadze (Gürcüstan) – 3, Qakpo (Niderland), Marin (Rumıniya), Musiala, Füllkruq (hər ikisi Almaniya), Şrants (Slovakiya).

Paylaş:
Digər xəbərlər

AÇ

26-06-2024, 22:0

Çexiya - Türkiyə: START HEYƏTLƏRİ

AÇ

4-06-2024, 20:0

AÇ-2024-ə hansı heyətlə yollanacaqlar?

AÇ

23-06-2024, 22:0

Portuqaliyanı Ronaldo yox, ...Qranaç sevindirdi - REPORTAJ

Dünya futbolu

25-06-2024, 13:0

Gürcüstan yığması üçün tarixi nəticə - REPORTAJ

Dünya futbolu

18-03-2024, 14:0

Montella yığmaya üç yeni futbolçu çağırdı

Yığma

11-11-2023, 17:0

Montella bu dəfə yığmaya kimləri çağırdı?

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Bu gün, 11:23
    "Karvan-Yevlax"da növbəti ayrılıq
  • Bu gün, 10:52
    “Real”dan ayrılacağını bəyan etdi
  • Bu gün, 10:31
    Klubdakı 15 illik çıxışını başa vurur
  • Bu gün, 10:00
    Vlahoviç hara gedir?
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
Daha çox
Oxunub: 221
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 209
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Oxunub: 143
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə