• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Məktəbi atdı, müdafiəçi kimi başladı və Ronaldonu arxada qoydu!

Konfrans Liqası

3-06-2024, 20:0

Konfrans Liqasının 3-cü mövsümünün qalibi “Olimpiakos” oldu.

“Football-plus.az” xəbər verir ki, indiyə qədər Yunanıstanın heç bir klubu avrokuboklarda baş mükafatı başı üzərinə qaldırmamışdı. Pirey klubunun bunu evdə - Afinada bacarması qələbənin ləzzətini ikiqat artırır. Son 22 ildə belə hadisə olmamışdı – “Feyenoord” 2001/02 mövsümündə UEFA kubokunu Rotterdamda qazanandan sonra heç bir komanda evdə qitə kuboklarından birini başı üzərinə qaldıra bilməmişdi. Halbuki 2005-ci ildə “Sportinq”in, 2012-ci ildə “Bavariya”nın belə şansı var idi. Nəhayət, 2024-də “Olimpiakos” bacardı.

Turnirin əsas qəhrəmanı finala qədər müəyyənləşmişdi. Ancaq həlledici oyunun axarı da elə alındı ki, Ayyub Əl-Kaabini diqqətdən kənarda qoymaq mümkün olmadı. Oyun çox darıxdırıcı, hətta zaman-zaman ləng alındı. Əslində finaldakı hər səhvin dəyərinin böyük olduğunu nəzərə alsaq, bu da anlaşılandı.

Penalti seriyasının artıq qaçılmaz olduğunun göründüyü anda – sona 5 dəqiqə qalmış Əl-Kaabi hamını oyatdı. O, turnirdəki 11-ci qolunu “Fiorentina”nın qapısına vurdu, halbuki “Olimpiakos” mövsümə Avropa Liqasında başlamışdı. Bir avrokubok mövsümündə pley-offda 11 qol vuran hücumçu yeni rekord müəyyənləşdirdi. Nə 2017-ci ildə Kriştiano Ronaldo, nə də 2022-ci ildə Kərim Benzema Çempionlar Liqasında bunu bacarmışdı. Falkao 12 il əvvəl Avropa Liqasında 10 qolda dayanmışdı.
30 yaşlı Əl-Kaabi az qala heçlikdən peyda olub. Ötən yay “Olimpiakos”a havayı transfer olunana qədər onun karyerasında yalnız Avropada keçirdiyi iki mövsüm var idi – Türkiyə “Hatayspor”unda oynamışdı.

Kasablankada dülgərlikdən dünya çempionatına qədər
Bu yerdə qısa arayış vermək lazım gəlir. Mərakeşli yalnız 21 yaşında peşəkar futbolçu olub, 23 yaşına qədər müdafiədə oynayıb, lap əvvəl isə vətənində dülgər işləyib. Necədi? Bəlkə də ən yaxşı ssenari kimi “Oskar” mükafatına layiq görülə bilər. Əl-Kaabi Kasablankanın sərt rayonlarından birində böyüyüb. Futbolla məşğul olmaq üçün vaxt və pul yox idi. Ailənin dolanışığına yardım etmək üçün məktəbi atmaq lazım gəldi.
Ayyub paralel şəkildə, sadəcə, “gözünün qurdunu öldürmək” üçün futbol oynayırdı. Birgə top qovduğu dostları arasında çox seçilirdi. Təbii ki, belədə başqalarının da diqqətini çəkdi: 19 yaşı olanda həvəskarlardan ibarət “Hay Hadica”ya düşdü, bir neçə ay sonra isə Mərakeş çempionatının 2-ci divizionunda mübarizə aparan “Rasinq” onu heyətinə qatdı. Hətta ölkə standartları ilə belə nəhəng klub sayılmasa da, artıq sabiq dülgərin daimi iş yeri var idi.

Hücumçu ilk peşəkar müqaviləni daha bir neçə il gözlədi. Yeri gəlmişkən, onda hələ hücumçu deyildi. “Rasinq”də onun antropometrik quruluşuna heyranlıq duyur və belə hesab edirdilər ki, müdafiənin mərkəzində oynaması yaxşıdı. Hərçənd gənc futbolçu daim irəli can atırdı. Ayyub 23 yaşı olanda mövsümöncəsi toplanışda nə qədər qol vurdusa, ondan sonra baş məşqçi ona hücumda şans verməyə başladı. Və yəqin ki, sonradan vaxtında bu addım atmadıqlarına görə özlərini söydülər: axı 33 oyunda 25 qol vuran futbolçu komandanı Mərakeşin elitasına daşıdı. Ardından yüksəliş dövrü başladı. Nisbi, lokal xarakterli, ancaq yüksəliş. 2018-ci ildə yığma ilə Rusiyada keçirilən dünya çempionatına yollanan Əl-Kaabi Portuqaliya və İran ilə oyunlarda meydana çıxdı. Çinlilərin diqqətini cəlb etdi, “Hebey” ona görə 6 milyon avro ödəməkdən çəkinmədi. Mərakeşli orda yalnız bir il davam gətirdi – uyğunlaşa bilmədiyindən vətənə, Kasablanka “Vidad”ına döndü. Sonra yuxarıda xatırlatdığımız Türkiyə və “Əl-Sədd” dönəmləri oldu, yəni adi bir futbolçu adi həyatını davam etdirdi. 2023-cü ilin fevralında “Hatayspor” çempionatdan çəkildi, onda rusiyalı insayder İvan Karpov ÇSKA-nın Əl-Kaabiyə ilə 600 min avro təklif etdiyini yazırdı, ancaq hücumçu Moskva ilə “Adana Dəmirspor” arasında uzun-uzadı seçim etdi. Nəticədə bir neçə aylığa Qətərə yollandı.
Və qəfil “Olimpiakos” variantı. 30 yaşında. Avropada xidməti olmadan. İllik bir milyon avro maaş qarşılığında. Yunanların bu gedişi açıq-aşkar özünü doğrultdu. Ayyubun yolu Karlos Bakkanı çox xatırladır. Kolumbiyalı balıqçı idi, yalnız 26 yaşında müəyyən səviyyəyə qalxdı və “Sevilya”nı Avropa Liqasında qələbələrə daşıdı. Sonradan hətta “Milan”da özünü göstərmək şansı da qazandı. Əl-Kaabini “Olimpiakos”dan daha möhtəşəm klubun istəməsi ilə bağlı əlimizdə heç bir bilgi yoxdu. Ancaq mərakeşli başa çatmaqda olan mövsümdə tarixə düşdü. Konkret Yunanıstanda onu heç vaxt unutmayacaqlar!

Paylaş:
Digər xəbərlər

Manşet / Konfrans Liqası

30-05-2024, 02:0

“Olimpiakos” Konfrans Liqasının çempionudu! - YENİLƏNİB

Konfrans Liqası

3-06-2024, 19:0

Əl-Kaabi Ronaldo, Benzema və Falkaonun rekordunu yenilədi - ŞƏRH

Dünya futbolu / Reportaj

5-06-2023, 13:0

“Sevilya” AL-in imperatorudu! - REPORTAJ

Dünya futbolu

26-02-2024, 18:0

Obameyanq Falkaonu keçib AL-in ən yaxşı bombardiri oldu

Ölkə futbolu / Ölkə kuboku

27-04-2023, 10:0

“Neftçi” ölkə kubokunda yeni rekorda imza atdı

Manşet / Çempionlar Liqası

20-06-2023, 14:0

“Qarabağ” 5 potensial rəqibin hər birindən güclüdü - TƏHLİL

Aktual
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Son xəbərlər
  • Bu gün, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Bu gün, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Bu gün, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Bu gün, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Bu gün, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Bu gün, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Bu gün, 15:54
    İranlılara viza verildi
  • Bu gün, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Bu gün, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Bu gün, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Bu gün, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Bu gün, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Bu gün, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Bu gün, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Bu gün, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Bu gün, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Bu gün, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Bu gün, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • Dünən, 23:55
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • Dünən, 23:32
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • Dünən, 23:01
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • Dünən, 22:06
    Qurban Qurbanov Ağdama səfər etdi
  • Dünən, 21:54
    "Şamaxı"da növbəti ayrılıq
  • Dünən, 21:50
    Sadıq Sadıqov dünyasını dəyişdi
  • Dünən, 21:30
    "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
  • Dünən, 20:00
    Millimiz Macarıstana uduzdu
  • Dünən, 19:32
    “Şəfa” yeni baş məşqçisini açıqladı
  • Dünən, 19:01
    Terim Türkiyənin DÇ-də şansları haqda nə dedi? - ''Bizim üçün sərhəd yoxdu''
  • Dünən, 18:10
    "Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
  • Dünən, 17:22
    ''Beşiktaş''ın yeni məşqçisi İstanbula gəldi
  • Dünən, 16:47
    Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
  • Dünən, 15:51
    ''Trabzonspor'' DÇ-də oynayacaq futbolçu aldı
  • Dünən, 15:05
    AFFA-da seminar keçirildi
  • Dünən, 14:14
    “Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Daha çox
Oxunub: 675
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 240
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 231
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 224
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 213
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə