• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sevilya” AL-in imperatorudu! - REPORTAJ

Dünya futbolu / Reportaj

5-06-2023, 13:0

Mayın 31-də avrokubokların 2022/23 mövsümündə ilk turnirə yekun vuruldu. Avropa Liqasının (AL) Macarıstanın paytaxtı Budapeştdə keçirilən finalında “Roma”ya qalib gələn “Sevilya”, belə demək mümkünsə, bu turnirin imperatoru olduğunu bir daha sübut etdi!

final
Sevilya - Roma 1:1 (0:1, 1:0, 0:0), p. - 4:1
Sevilya (İspaniya): Bunu, Navas (Montyel, 94), Bade, Qudel (Markao, 120+8), Telles (Rekik, 94), Fernando (Xordan, 120+8), Rakitiç, Okampos, Torres (Suso, 46), Xil (Lamela, 46), Ən-Nəsiri.
Roma (İtaliya): Patrisio, Çelik (Zalevski, 91), Smollinq, Mançini, İbanyes, Spinatsola (Lyorente, 106), Kristante, Matiç (Bove, 120), Pelleqrini (Əl-Şaaravi, 106), Dibala (Viynaldum, 68), Abraham (Belotti, 75).
Qollar: Dibala, 35 (0:1). Mançini, 55-öz qapısına (1:1).
Penalti seriyası: Okampos – 1:0. Kristante – 1:1. Lamela – 2:1. Mançini – 2:1 (qapıçı). Rakitiç – 3:1. İbanyes – 3:1 (qapıçı). Montyel – 4:1.
Vərəqələr: Matiç, 21. Mir, 36 (meydandan kənarda). Pelleqrini, 45. Mançini, 48. Kristante, 66. Rakitiç, 66. Çelik, 74. Zalevski, 105. Lamela, 109. Xordan, 120+1 (meydandan kənarda). Montyel, 120+4. Okampos, 120+10. Karsdorp, 120+10 (meydandan kənarda) - sarı.
Hakim: Entoni Teylor (İngiltərə).
31 may. Budapeşt. 61476 tamaşaçı.

oyunun statistikası
18 (3) qapıya (“çərçivə”yə) zərbə 11 (3)
6 künc zərbəsi 4
1 ofsayd 1
21 qayda pozuntusu 19
6 (0) sarı (qırmızı) vərəqə 7 (0)
62 topa sahibolma (faizlə) 38
oyunun ən yaxşısı (UEFA-nın versiyası): Yassin Bunu (Sevilya)

“Puşkaş Arena” stadionundakı matçdan əvvəl hər kəsi ilk növbədə bu sual düşündürməliydi: “Sevilya”nın, yoxsa Joze Mourinyonun seriyası qırılacaq? Zarafat deyil, “Sevilya” son 18 ildə 7-ci dəfə AL-in (UEFA kubokunun) finalına çıxmış, bununla turnirin yeni rekordunu müəyyənləşdirmişdi. İspaniya klubunun əvvəlki bütün finalları qalib başa vurması unikal göstərici idi. Avrokuboklarda “Roma”nı ardıcıl ikinci finala çıxaran Mourinyonun komandası bir il əvvəl Konfrans Liqasının qalibi olmuşdu. Onun çalışdırdığı komandaların əsas avrokuboklarda (UEFA Superkuboku nəzərə alınmır) 6-cı dəfə finala çıxması və mayın son gününə qədərki 5 finalın hamısından qalib ayrılması da diqqəti cəlb edən fakt idi.
Budapeştdə məhz portuqaliyalı mütəxəssisinin uğurlu seriyası qırıldı.

Əvvəldən axıradək çox gərgin keçən finalın ilk hissəsində “Roma” daha yaxşı təsir bağışladı və matçda iştirakı sual altında olan Dibalanın qolu italiyalıların fasiləyə öndə yollanmasını təmin etdi. Hələ ilk hissənin sonlarından təşəbbüsü ələ alan “Sevilya”nın təzyiqi fasilədən sonra da davam etdi və Mançininin avtoqolu hesaba tarazlıq gətirdi. İkinci hissənin ortalarında müxtəlif səbəblərdən Dibala ilə Abraham kimi aparıcı hücumçuları dəyişməli olan Mourinyonun komandası əsas diqqəti müdafiəyə ayırmağa məcbur idi. Sevilyalılar əsas vaxtın sonuna qədər meydanda diqtə edən tərəf oldular. Lakin rəqibin sıx müdafiəsini yarmaq onlar üçün heç də asan deyildi.

30 dəqiqəlik əlavə vaxtda (hərçənd hakim çoxsaylı zədə və follara görə bu vaxta da kifayət qədər dəqiqə əlavə etdi) Xose Luis Mendilibarın komandası qələbə qolunu vurmaq üçün çox cəhdə əl atdı. Lakin hesab dəyişməyincə penalti seriyası qaçılmaz oldu. Bu sınaqdan qalib çıxan “Sevilya” AL-də azarkeşlərinə daha bir qələbənin sevincini yaşatdı.
Bombardirlər: Bonifas (Yunion), Reşford (Mançester Yunayted) – 6, Dibala (Roma), Ximenes (Feyenoord) - 5.
Həftənin ən yaxşı oyunçusu (UEFA-nın versiyası): Yassin Bunu (Sevilya).

Faktlar
* “Sevilya” AL-də (UEFA kubokunda) 7-ci dəfə qalib gəlməklə sahibi olduğu rekordu yenilədi. İspaniya təmsilçisi daha əvvəl 2005/06, 2006/07, 2013/14, 2014/15, 2015/16 və 2019/20 mövsümlərində turnirdə ən yüksək zirvəni fəth etmişdi.
* “Sevilya” avrokuboklarda 8-ci dəfə qalib gəldi. Komanda AL-dəki 7 qələbədən başqa 2006-cı ildə Avropa Superkubokunu da qazanıb. Maraqlıdı ki, “Sevilya” İspaniyanın daxili yarışlarında yalnız 7 dəfə qalib olub (ölkə çempionatında və superkubokunda 1, ölkə kubokunda 5 qələbə).
* “Sevilya” XXI əsrdə əsas avrokuboklarda 7-ci qələbəsini qazanmaqla yeni rekord müəyyən etdi. Komanda bu planda “Real”ı (6 titul) arxada qoydu.
* “Sevilya”nın AL-dəki (UEFA kubokundakı) növbəti uğuru İspaniya klublarının bu turnirdəki 14-cü qələbəsi oldu. La Liqa bu planda sahibi olduğu rekordu yenilədi. “Atletiko” indiyədək bu yarışda 3, “Real” 2, “Valensiya” və “Vilyarreal” isə 1 dəfə çempion olub. İtaliya və İngiltərə klubları 9, Almaniya təmsilçiləri 7 dəfə AL-in qalibi olublar.
* İspaniya klubları avrokubokların finallarında 2001-ci ildən sonra başqa ölkələrin təmsilçilərinə uduzmurlar. Sonuncu dəfə belə hala 22 il əvvəl təsadüf edilib. Onda “Bavariya” ÇL-in finalında “Valensiya”ya, “Liverpul” isə UEFA kubokunun finalında “Alaves”ə qalib gəlib. İspaniya klubları ÇL-in 2001/02 mövsümünün finalında “Real”ın “Bayer-04” üzərindəki qələbəsindən başlayaraq qitə kuboklarının 18 həlledici oyununda digər ölkələrin təmsilçilərinə məğlub olmayıblar.
* Mendilibar məşqçi karyerasında ilk titulunu qazandı.
* Mendilibar AL-in tarixinə ən yaşlı qalib məşqçi kimi düşdü. Mayın 31-də 62 yaş 78 günlüyündə olan ispaniyalı mütəxəssis bu planda Mauritsio Sarrinin rekordunu yenilədi. Hazırda “Latsio”nu çalışdıran italiyalı 2019-cu ildə 60 yaş 139 günlüyündə olarkən “Çelsi”ni bu turnirdə çempionluğa daşıyıb.
* Mourinyo məşqçi karyerasında ilk dəfə əsas avrokubokların finalında məğlub oldu. O, daha əvvəl “Portu”nu UEFA kubokunda (2003) və ÇL-də (2004), “İnter”i ÇL-də (2010), “Mançester Yunayted”i AL-də (2017), “Roma”nı isə KL-də (2022) qələbəyə daşımışdı.
* Budapeştdəki finalda ümumilikdə 13 futbolçu sarı vərəqə aldı. Bu, turnirin həlledici oyunlarında qeydə alınan ən yüksək göstəricidi. 7 oyunçusuna xəbərdarlıq edilən “Roma” AL-in finalının bir komanda üçün antirekordunu müəyyənləşdirdi.

Paylaş:
Digər xəbərlər

Manşet / Avropa Liqası

1-06-2023, 02:0

"Sevilya" Avropa Liqasının qalibi oldu - YENİLƏNİB

Dünya futbolu

22-05-2023, 19:0

“Sevilya”dan AL-də yeni rekord!

Avropa Liqası

15-05-2023, 15:0

Şagird ilk dueldə müəllimə uduzdu, Patrisio AL-in yeni rekordunu müəyyənləşdirdi - ŞƏRH

Avropa Liqası

20-05-2023, 20:0

Avropa Liqasında hamını qabaqladı

Manşet / Avropa Liqası

19-05-2023, 01:0

Avropa Liqası: Finalçılar bəlli oldu - YENİLƏNİB

Aktual
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
Son xəbərlər
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Dünən, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Dünən, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Dünən, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Dünən, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Dünən, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Dünən, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Dünən, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Dünən, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Dünən, 10:00
    Mançesterdən Madridə yollandı
  • 24-07-2026, 23:0
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • 24-07-2026, 23:0
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • 24-07-2026, 23:0
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • 24-07-2026, 22:0
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • 24-07-2026, 22:0
    İngiltərədə klubunu dəyişdi
Daha çox
Oxunub: 207
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 97
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Xalqın yanına getmək niyə çətindi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə