• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Obameyanq Falkaonu keçib AL-in ən yaxşı bombardiri oldu

Dünya futbolu

26-02-2024, 18:0

Fevralın 22-də Avropa Liqasının (AL) pley-offuna yekun vuruldu.

"Football-plus.az" xəbər verir ki, əksər cavab görüşləri gərgin və dramatik alındı. Üç matçda 30 dəqiqəlik əlavə vaxta ehtiyac duyuldu, bir oyunda isə qalib penalti seriyasında müəyyənləşdi. Oyunlardan yalnız birində hesab açılmadı, digər 7 matçda isə qapılara ümumilikdə 28 qol vuruldu. İlk matçlarda 27 qol qeydə alınmışdı.

Xatırladaq ki, qrup mərhələsini lider kimi başa vuran 8 komanda - “Vest Hem”, “Brayton”, “Liverpul” (hamısı İngiltərə), “Reyncers” (Şotlandiya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Slaviya” (Çexiya) və “Bayer-04” (Almaniya) birbaşa 1/8 finala vəsiqə qazanıb. Qruplarda 2-ci yeri tutan “Qarabağ”, “Frayburq” (Almaniya), “Marsel”, “Tuluza”, “Renn” (hamısı Fransa), “Sparta” (Çexiya), “Sportinq” (Portuqaliya) və “Roma” (İtaliya) isə bu mərhələyə vəsiqə verən iki oyundan ibarət pley-offda Çempionlar Liqasının qruplarında 3-cü yeri tutan komandalarla - “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa”, “Benfika” (hər ikisi Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə) və “Şaxtyor” (Ukrayna) ilə qarşılaşdı.

Sevindiricidi ki, avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçimiz pley-offu da adladı. Braqada eyniadlı komandanı 4:2 hesabıyla məğlub edən “Qarabağ” Bakıda uduzsa (2:3) da, mübarizəni 1/8 finalda davam etdirmək hüququ qazandı. Bu, Azərbaycan klubları üçün qitə kuboklarında ən yaxşı göstəricidi!

Pley-offda 3 komanda ilə çıxış edən Portuqaliya təmsilçilərindən yalnız “Braqa” mübarizəni dayandırdı. İsveçrədə “Yanq Boyz”u 3:1 hesabıyla üstələyən “Sportinq”ə mərhələni adlamaq üçün evdə 1:1 hesablı heç-heçə də kifayət etdi. Lissabonun digər klubu “Benfika” isə öz meydanında “Tuluza”ya 2:1 hesabıyla qalib gələndən sonra Fransada qolsuz “sülh” nəticəsində 1/8 finala çıxdı.

Pley-offda ən çox maraq doğuran duel “Roma” - “Feyenoord” qarşılaşması idi. Bu komandalar son üç mövsümdə 3-cü dəfə bir-birinə rəqib olmuşdu. 2022-ci ildə Konfrans Liqasının finalında “Feyenoord”a minimal hesabla qalib gələn “Roma” ötən mövsüm AL-in 1/4 finalında Niderland klubunu iki oyunun (0:1, 4:1) nəticəsinə əsasən bir daha üstələmişdi. Paytaxt klubu fevralın 15-də Rotterdamda Daniele De Rossinin başçılığı altında qənaətbəxş nəticəyə (1:1) nail olmuşdu. Görünür, “Feyenoord” cavab görüşünə daha yaxşı hazırlaşıbmış. Arne Slotun komandası Romada hesabı erkən açdı. Amma ev sahiblərinin cavab qolu 10 dəqiqədən sonra reallaşdı. Bundan sonra matç əsasən taktiki və gərgin mübarizə ilə yadda qaldı. 1:1 hesabı ikinci hissədə də dəyişmədi və 30 dəqiqəlik əlavə vaxt qaçılmaz oldu. Bu zaman kəsiyinin son dəqiqələri Lukakunun iki gözəl şansı boşa verməsi ilə yadda qaldı. Belçikalı hücumçu penalti seriyasında da qapıçı Vellenroyteri məğlub edə bilmədi. Rotterdamdakı matçda romalıların bərabərlik qolunu vuran Romelunu tifozinin qınağından Svilar xilas etdi. O, Qantsko ilə Cahanbaxşın zərbələrini dəf etməklə komandasını 1/8 finala çıxardı. “Feyenoord”a növbəti dəfə üstün gələn “Roma” avrokuboklarda 1983-cü ildən sonra ilk dəfə penalti seriyasından qalib çıxdı.

İtaliyanın digər təmsilçisi də mərhələni adladı. Evdə “Renn”in qapısından üç cavabsız top keçirən “Milan” pley-offa əla nəticə ilə başlamışdı. İtaliya nəhəngi Fransada 2:3 hesabıyla uduzsa da, 1/8 finalda yerini təmin etdi. Burijo qitə kuboklarında milanlıların qapısından 3 top keçirən ilk fransalı futbolçu oldu. Maraqlıdı ki, Benjamen AL-in cari mövsümündə qol hesabını məhz İtaliya nəhəngi ilə matçda açdı.

“Renn” və “Tuluza” kimi Fransanın pley-offdakı digər klubu da uğursuzluğa düçar oldu. Öz meydanındakı ilk oyunda “Frayburq” ilə qolsuz heç-heçəyə razılaşan “Lans” Almaniyadakı matçın ilk hissəsini iki top fərqi ilə başa vursa da, ev sahibləri əsas vaxtın son dəqiqələrində Şolloinin dublu ilə hesabı bərabərləşdirdilər. Qreqoriç isə əlavə vaxtda “Frayburq”u növbəti mərhələyə çıxaran 3-cü qolu vurdu.

Fransanın 4 klubundan yalnız biri 1/8 finalda oynayacaq. “Marsel” məlum səbəbdən “Şaxtyor” ilə Hamburqda (Almaniya) keçirilən ilk matçda qələbəni son anda əldən vermişdi (2:2). Qeyd edək ki, bazar ertəsi Cennaro Qattuzo marsellilərin baş məşqçi vəzifəsindən istefaya göndərilmişdi. İtaliyalının yerinə isə Jan-Lui Qasse təyinat almışdı. Yanvarda Kot d’İvuar yığmasından qovulan 70 yaşlı fransalı mütəxəssisin yeni komandadakı debütü uğurlu alındı. Doğrudu, “Şaxtyor” cavab görüşünə penalti qolu ilə başladı. Lakin çox keçmədən Obameyanq hesaba tarazlıq gətirdi. Bu mövsüm turnirdə 7-ci qolunu bayram edən qabonlu hücumçu bombardirlərin yarışında Joao Pedro (Brayton) ilə Lukakunu arxada qoymaqla vahid liderə çevrildi. Pyer-Emerikin AL-də 31-ci qolunu vurmaqla Kolumbiya yığmasının sabiq hücumçusu Radamel Falkaonu arxada qoyduğunu və turnirin ən yaxşı bombardiri olduğunu xüsusi vurğulamalıyıq. Onun oyundaşları Sarr ilə Kondoqbiyanın qolları “Marsel”in 3:1 hesablı qələbəsini təmin etdi. Beləliklə, “Şaxtyor”un mübarizəni dayandırmasından sonra “Qarabağ” AL-də qalan yeganə postsovet məkanı təmsilçisi oldu. Xüsusilə qeyd edək ki, Azərbaycanın son çempionu bu məkandan olan və qitə kuboklarının cari mövsümündə yola davam edən tək komandadı!

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

17-09-2023, 18:0

Avropa Liqası, 2023/24 mövsümü - TƏQVİM

Avropa Liqası

1-09-2023, 10:0

Avropa Liqasının qrup mərhələsinin bütün iştirakçıları

Ölkə futbolu / Avropa Liqası

23-02-2024, 15:0

Avropa Liqasında 1/8 finalın püşkü atıldı

Avropa Liqası

1-09-2023, 16:0

Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Avrokuboklar / Avropa Liqası

16-12-2023, 16:0

Pley-offa son 4 vəsiqə “Reyncers”, “Sparta”, “Tuluza” və “Qarabağ”ın oldu

Avropa Liqası

4-12-2023, 18:0

Pley-offa 4 vəsiqə qaldı

Aktual
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
"Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Son xəbərlər
  • Bu gün, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Bu gün, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Bu gün, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
  • Bu gün, 17:58
    FİFA-nın növbəti qadağası azarkeşlərdə narazılıq doğurdu
  • Bu gün, 17:27
    DÇ ərəfəsində böyük saxtakarlıq
  • Bu gün, 16:56
    İnzaqi hara üz tutacaq?
  • Bu gün, 16:25
    Türkiyənin rəqibində əsas futbolçu zədələndi
  • Bu gün, 15:54
    İranlılara viza verildi
  • Bu gün, 15:38
    Msanqa da "Şamaxı"dan getdi
  • Bu gün, 14:55
    “Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
  • Bu gün, 14:27
    ''Trabzonspor''lu futbolçudan ''Fənərbaxça'' ilə oyunla bağlı etiraf
  • Bu gün, 13:46
    Ayxan Abbasov iki futbolçunu millidən kənarlaşdırdı!
  • Bu gün, 13:00
    ''Qalatasaray'' Osimhenə görə olan borcunu bağladı - İngiltərə nəhəngləri gözləmə mövqeyindədi
  • Bu gün, 12:39
    Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
  • Bu gün, 12:05
    Qrinvud da ''Fənər''ə keçməyə razılıq verdi - Əziz Yıldırımın rəqibi şou göstərir!
  • Bu gün, 11:34
    "Kayzerslautern" çətin durumda - "qırmızı iblislər" Mahiri heyətdə saxlaya bilər!
  • Bu gün, 11:12
    U-21 millimiz Bəhreynə qarşı
  • Bu gün, 11:03
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Bu gün, 10:00
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Bu gün, 00:26
    "Çoxdandı bu qədər qol epizodu yaratmırdıq" - Ayxan Abbasov
  • Dünən, 23:55
    Millimiz Maltaya uduzdu - YENİLƏNİB
  • Dünən, 23:32
    Xəyal zədələndi, meydanı xərəkdə tərk etdi
  • Dünən, 23:01
    "Görüləcək işlər çoxdu" - Zaur Həşimov
  • Dünən, 22:06
    Qurban Qurbanov Ağdama səfər etdi
  • Dünən, 21:54
    "Şamaxı"da növbəti ayrılıq
  • Dünən, 21:50
    Sadıq Sadıqov dünyasını dəyişdi
  • Dünən, 21:30
    "Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
  • Dünən, 20:00
    Millimiz Macarıstana uduzdu
  • Dünən, 19:32
    “Şəfa” yeni baş məşqçisini açıqladı
  • Dünən, 19:01
    Terim Türkiyənin DÇ-də şansları haqda nə dedi? - ''Bizim üçün sərhəd yoxdu''
  • Dünən, 18:10
    "Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
  • Dünən, 17:22
    ''Beşiktaş''ın yeni məşqçisi İstanbula gəldi
  • Dünən, 16:47
    Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
  • Dünən, 15:51
    ''Trabzonspor'' DÇ-də oynayacaq futbolçu aldı
  • Dünən, 15:05
    AFFA-da seminar keçirildi
Daha çox
Oxunub: 676
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 241
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 231
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 224
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 213
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 170
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə