• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Olimpiakos” Konfrans Liqasının çempionudu! - YENİLƏNİB

Manşet / Konfrans Liqası

30-05-2024, 02:0

Bu gün avrokubokların 2023/24 mövsümündə ikinci turnirə yekun vurulacaq: Yunanıstanın paytaxtı Afina şəhərində Konfrans Liqasının (KL) finalı keçiriləcək. Həlledici matçda “Olimpiakos” və “Fiorentina” qarşılaşacaq.

Konfrans Liqası, final
Olimpiakos (Yunanıstan) – Fiorentina (İtaliya) 1:0
Əyub ƏlKaabi, 116

Hakim və köməkçiləri: Artur Diaş, Paulu Soareş, Pedro Ribeyro (hamısı Portuqaliya), Qlenn Nüberq (İsveç).
VAR hakimləri: Tyaqo Martinş (Portuqaliya), Kristian Dinqert, Marko Frits (hər ikisi Almaniya).
Cəzalı: yoxdu.
Avrokuboklarda qarşılaşmayıblar.
29 may. Afina (Yunanıstan), “Ayya Sofiya” stadionu.

Bəri başdan bu komandaların “3-cü dərəcəli” qitə kubokunda çempion olan uyğun olaraq ilk Yunanıstan və ya ikinci İtaliya (“Roma” 2021/22 mövsümündə qalib gəlib) təmsilçisi kimi tarixə düşə biləcəyini qeyd edək.

“Olimpiakos” tarixində ilk dəfə qitə kuboklarının finalına çıxıb. Komandanın əvvəlki ən yaxşı göstəriciləri Çempionlar Liqasının 1998/99 və Kuboklar Kubokunun (KK) 1992/93 mövsümünün 1/4 finalında oynaması ilə bağlı olub. Onu da xatırladaq ki, avrokuboklarda indiyədək finalda oynayan yeganə Yunanıstan komandası Çempionlar Kubokunun 1970/71 mövsümünün son oyununda “Ayaks”a uduzan (0:2) “Panatinaikos” olub. “Olimpiakos” cari mövsümdə qitə arenasında ikinci kuboku qazanmaq şansına malikdi. Pirey klubunun gənclərdən ibarət komandası artıq UEFA Gənclər Liqasının qalibi olub.

Xose Luis Mendilibarın çalışdırdığı komanda KL-də mübarizəyə Avropa Liqasının (AL) qrupunda 3-cü yeri tutmaqla qoşulub. Pireylilər finala doğru yolda “Ferentsvaroş” (Macarıstan), Təl-Əviv “Makkabi”si (İsrail), “Fənərbaxça” (Türkiyə) və “Aston Villa”nı (İngiltərə) mübarizədən kənarlaşdırıblar. Bir il əvvəl “Sevilya”nı AL-də qələbəyə daşıyan Mendilibar ardıcıl ikinci dəfə avrokubokda qalib gəlmək şansına malikdi. Xatırladaq ki, 63 yaşlı ispaniyalı mütəxəssis “Olimpiakos”un baş məşqçi vəzifəsinə cari mövsümün gedişində - fevralda təyinat alıb. Digər maraqlı faktlar isə komandanın əsas qol silahı sayılan Ayub Əl-Kaabi ilə bağlıdı. Yarımfinalda “Aston Villa”nın qapısına iki oyunda 5 dəfə yol tapan hücumçu “Olimpiakos”un tarixinə bir avrokubok mövsümündə 12 qol vuran ilk futbolçu kimi düşüb. 30 yaşlı mərakeşli KL-in cari mövsümünün əsas mərhələsində 10 qolla bombardirlərin yarışına başçılıq edir.
Turnirin ötən mövsümünün finalçısı olan “Fiorentina” ardıcıl ikinci dəfə həlledici oyunda iştirak edəcək. Xatırladaq ki, Vinçentso İtalyanonun komandası bir il əvvəl Çexiyanın Praqa şəhərində baş tutan finalda “Vest Hem”ə 1:2 hesabı ilə məğlub olmuşdu. Florensiya klubu indiyədək avrokuboklarda bir dəfə qalib gəlib: KK-nın 1960/61 mövsümünün ən yaxşı komandası olub. “Fio”nun müxtəlif qitə kuboklarının finalında daha 4 dəfə uduzduğunu da xatırladaq.
İtalyanonun komandası bu mövsüm Avropa arenasında məğlub olmayıb. “Fiorentina” mübarizəyə KL-də başlayıb. Qrupu lider kimi başa vurduqdan sonra pley-off mərhələsində Hayfa “Makkabi”si (İsrail), Plzen “Viktoriya”sı (Çexiya) və “Brügge”ni (Belçika) mübarizədən kənarlaşdırıb. “Bənövşəyilər”in bu turnirdəki ən yaxşı bombardiri 4 qolla Lukas Beltrandı.

Final “Ayya Sofiya”da keçiriləcək. Yunanıstanın paytaxtı Afinada yerləşən stadion AEK-in rəqiblərini qəbul etdiyi idman qurğusudu. Əvvəlki “Nikos Qumas”ın yerində inşa edilən arena 32500 yerlikdi. Burda ilk rəsmi matç 2022-ci ilin sentyabrında keçirilib. Stadion 2023-cü ildən Yunanıstan yığmasının oyunlarını da qəbul edir.

“Olimpiakos” – “Fiorentina” matçını Artur Diaş idarə edəcək. Portuqaliyalı beynəlxalq səviyyədə 2010-cu ildən fəaliyyət göstərir. O, avrokubokun finalına ilk dəfə təyinat alıb.

Paylaş:
Digər xəbərlər

Manşet / Konfrans Liqası

8-06-2023, 01:0

“Vest Hem” ilk titulunu qazandı - YENİLƏNİB

Manşet / Avrokuboklar

26-05-2022, 00:0

Konfrans Liqasının ilk qalibi bəlli oldu - YENİLƏNİB

Konfrans Liqası

23-02-2024, 17:0

Konfrans Liqasında 1/8 finalın cütlükləri müəyyənləşdi

Konfrans Liqası

12-05-2024, 14:0

“Fiorentina” ardıcıl 2-ci dəfə finalda!

Dünya futbolu

16-04-2024, 19:0

Uotkins Yorkun rekordunu təkrarladı

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 318
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə