• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Əl-Kaabi Ronaldo, Benzema və Falkaonun rekordunu yenilədi - ŞƏRH

Konfrans Liqası

3-06-2024, 19:0

Mayın 29-da Konfrans Liqasının (KL) 2023/24 mövsümünə yekun vuruldu.

“Football-plus.az” xəbər verir ki, Yunanıstanın Afina şəhərində keçirilən finalda “Fiorentina”ya minimal hesabla üstün gələn “Olimpiakos” tarixində ilk dəfə avrokubokun qalibi oldu!

final
Olimpiakos - Fiorentina 1:0, əlavə vaxtda (0:0, 0:0, 1:0)
Olimpiakos (Pirey, Yunanıstan): Tsolakis, Rodiney, Retsos, Karmu, Orteqa (Kini, 91), Esse, İborra, Podense (Masuras, 105+1), Şikinyo (Andre Orta, 78), Fortunis (Yovetiç, 73), Əl-Kaabi (Əl-Ərəbi, 120+2).
Fiorentina (Florensiya, İtaliya): Terraçano, Dodo, Martines, Milenkoviç, Biraqi (Ranyeri, 105+1), Artur (Dunkan, 74), Mandraqora, Bonaventura (İkone, 82), Kuame (Barak, 82), N.Qonsales (Beltran, 105+1), Belotti (Nzola, 59).
Qol: Əl-Kaabi, 116.
Vərəqələr: Podense, 28. Martines, 42. Kuame, 79. Yovetiç, 94. Pasxalakis, 95 (meydandan kənarda). Biraqi, 99. Əl-Kaabi, 117 - sarı.
Hakim: Artur Diaş (Portuqaliya).
29 may. Afina. 26842 tamaşaçı.

oyunun statistikası
6 (4) qapıya (“çərçivə”yə) zərbə 17 (4)
5 künc zərbəsi 6
4 ofsayd 3
10 qayda pozuntusu 17
4 (0) sarı (qırmızı) vərəqə 3 (0)
47 topa sahibolma (faizlə) 53

Tarixində ilk dəfə qitə kuboklarının finalında oynayan “Olimpiakos” üçün tarixi fürsət yetişmişdi. Bu, həm də Yunanıstan futbolu üçün vacib final idi. Ona görə ki, bu ölkənin heç bir klubu avrokuboklarda qələbə qazana bilməmişdi. Vurğulanası digər fakt da var: KL-in həlledici matçı məhz Yunanıstanın paytaxtında keçiriləcəkdi. Maraqlıdı ki, bukmeker kontorları Afinada “Olimpiakos”un yox, “Fiorentina”nın qələbə şansını daha yüksək dəyərləndirmişdilər. Xose Luis Mendilibarın çalışdırdığı pireylilərin hətta yarımfinalda İngiltərə premyer-liqasının 4-cü ən güclü təmsilçisi “Aston Villa”nı hər iki matçda – səfərdə 4:2, evdə 2:0 hesabı ilə məğlub etməsi də kontorlara təsir etməmişdi. Amma bunun üçün real səbəblər də vardı. Əvvəla, “Fiorentina” KL-in ötən mövsümündə də finalda oynamışdı. Həm də Vinçentso İtalyanonun çalışdırdığı komanda bu mövsüm turnirdə məğlub olmadan finala çıxmağı bacarmışdı. Əlbəttə, Yunanıstan klublarının heç vaxt qitə arenasında titul qazana bilməməsi də yekun qiymətləndirməyə təsirsiz ötüşməmişdi.

KL-in 3-cü mövsümünün finalı bir qədər darıxdırıcı alındı. Məkan amilindən ilham alan yunanlar ilk dəqiqələrdən hücuma atıldılar. Podense hesabı erkən aça bilərdi, amma Terraçano buna imkan vermədi. Tədricən üstünlüyü ələ alan florensiyalılar uzun müddət təşəbbüsü əldə saxladılar. Qapı istiqamətində bir neçə təhlükəli zərbə endirdilər. Ən yaddaqalan epizodu Bonaventura yaxaladı, lakin onun zərbəsi zəif alındı.

Fasilədən sonra qapılar qarşısında yalnız iki real qol vəziyyəti qeydə alındı. Tərəflər hərəyə bir dəfə hesabı açmağa yaxın oldular: qapıçı Tsolakis Kuamenin güclü zərbəsinin qarşısını aldı, Andre Ortanın ötürməsini tamamlayan İborra isə topu dirəyin yanından vurdu. Beləcə, əlavə vaxt qaçılmaz oldu.

30 dəqiqəlik mübarizədə maraqlı anlar yaşandı. Əvəlcə yunanların Martinesin əllə oynamasına görə penalti tələbi hakimlər tərəfindən mənfi cavablandı. Sonra Terraçano Yovetiçin təhlükəli zərbəsinə mane oldu, Tsolakis isə İkonenin qol istəyinin qarşısını aldı. Sona yaxın “Olimpiakos” hücumları başa vurmaqda daha konkret addımlar atırdı. Belə həmlələrin birində yerli azarkeşlər ayağa qalxdı: bəli, “Aston Villa”nın qapısına iki oyunda 5 dəfə yol tapan Əl-Kaabi Essenin ötürməsinə çətinliklə də olsa başı ilə reaksiya verdi. Amma qol vəziyyətinin VAR otağında dəyərləndirilməsi bir neçə dəqiqə çəkdi və yunanıstanlı azarkeşlər ikinci dəfə ayağa qalxmalı oldular. “Fiorentina” qola dərhal cavab verə bilərdi. İkone cərimə meydançasına daxil olaraq güclü zərbə endirdi, müdafiəçi Karmu isə qola mane oldu. Bu, artıq finalın nəticəsinin pireylilərin xeyrinə olacağı demək idi.

Beləliklə, “Olimpiakos” həm özü, həm də Yunanıstan futbolu üçün tarix yazdı! Mendilibarın komandası Avropa Liqasına (AL) vəsiqə qazandı. “Fiorentina” isə KL-də ardıcıl ikinci dəfə finalın məğlubuna çevrildi. Buna baxmayaraq, İtaliya klubu A seriyasını 8-ci yerdə başa vurduğu üçün növbəti mövsümdə də bu turnirdə iştirak edəcək.

Bombardirlər: Əl-Kaabi (Olimpiakos) - 11, Zahavi (Makkabi T-Ə) - 8, Petkoviç (Dinamo) - 7.
Həftənin ən yaxşı oyunçusu (UEFA-nın versiyası): Ayub Əl-Kaabi (Olimpiakos).
Mövsümün ən yaxşı oyunçusu (UEFA-nın versiyası): Ayub Əl-Kaabi (Olimpiakos).

Faktlar
* “Olimpiakos” tarixində ilk dəfə qitə kubokunun qalibi oldu. Komandanın əvvəlki ən yaxşı göstəriciləri Çempionlar Liqasının 1998/99 və Kuboklar Kubokunun (KK) 1992/93 mövsümünün 1/4 finalında oynaması ilə bağlı idi. Avrokuboklarda daha əvvəl finalda oynayan yeganə Yunanıstan komandası “Panatinaikos” olmuşdu. Afina klubu Çempionlar Kubokunun 1970/71 mövsümünün son oyununda “Ayaks”a uduzmuşdu (0:2).
* “Olimpiakos” cari mövsümdə qitə arenasında ikinci kuboku qazandı. Pirey klubunun gənclərdən ibarət komandası UEFA Gənclər Liqasının apreldə keçirilən finalında “Milan”a 3:0 hesabı ilə qalib gəlmişdi.
* “Olimpiakos” son 22 ildə finalı təmsil etdiyi ölkədə keçirilən qitə kubokunun ilk qalibi oldu. 2002-ci ildə buna “Feyenoord” nail olmuşdu. Niderland klubu UEFA Kubokunun 2001/02 mövsümünün Rotterdamda baş tutan finalında Dortmund “Borussiya”sına 3:2 hesabı ilə qalib gəlmişdi.
* “Fiorentina” ardıcıl ikinci mövsüm KL-in finalında uduzdu. İtalyanonun komandası bir il əvvəlki Çexiyanın Praqa şəhərində baş tutan finalda “Vest Hem”ə 1:2 hesabı ilə məğlub olmuşdu.
* “Fiorentina” indiyədək avrokuboklarda bir dəfə qalib gəlib: KK-nın 1960/61 mövsümünün ən yaxşı komandası olub. Florensiya klubunun müxtəlif qitə kuboklarında daha 4 dəfə finalda uduzduğunu da xatırladaq.
* “Fiorentina” bu mövsüm Avropa arenasında ilk dəfə məğlub oldu. Mübarizəyə KL-də başlayan komanda qrupu lider kimi başa vurduqdan sonra pley-off mərhələsində Hayfa “Makkabi”si (İsrail), Plzen “Viktoriya”sı (Çexiya) və “Brügge”ni (Belçika) mübarizədən kənarlaşdırmışdı.
* Bir il əvvəl “Sevilya”nı Avropa Liqasında qələbəyə daşıyan Mendilibar ardıcıl ikinci dəfə avrokubokda qalib gəldi. 63 yaşlı ispaniyalı mütəxəssis “Olimpiakos”un baş məşqçi vəzifəsinə cari mövsümün gedişində - fevralda təyinat alıb. Maraqlıdı ki, onun məşqçilik karyerasında AL və KL-dəki qələbələrdən başqa titul yoxdu.
* Əl-Kaabi “Olimpiakos”un tarixinə bir avrokubok mövsümündə 13 qol vuran ilk futbolçu kimi düşdü. 30 yaşlı mərakeşli hücumçu KL-in cari mövsümünün əsas mərhələsində 9 oyuna 11 qolla ən yaxşı bombardir oldu.
* Əl-Kaabi bir avrokubok mövsümümün pley-offunda rekord müəyyən etdi. O, KL-dəki 11 qolunun hamısını pley-off oyunlarında vurub. Ayub bu planda Çempionlar Liqasının bir mövsümünün pley-offunda 10 qolun müəllifi olan Kriştiano Ronaldo (2017) ilə Kərim Benzemaya (2022) məxsus olan rekordu yenilədi. AL-də bu planda rekordçunun Radamel Falkao (2011) olduğunu da bildirək.
* Fares Şaibi (Ayntraxt F) 7 oyuna 5 assist ilə KL-in cari mövsümündə ən çox məhsuldar ötürmə edən oyunçu oldu.
* İborra karyerasında 5-ci dəfə avrokubokun qalibi oldu. “Olimpiakos”un yarımmüdafiəçi bundan əvvəl “Sevilya” ilə üç (2014-16), “Vilyarreal”la bir (2021) dəfə AL-də qalib adını qazanıb. 36 yaşlı ispaniyalı futbolçu Yunanıstan klubunda 2023-cü ildən çıxış edir.

Oyundan sonra
Xose Luis Mendilibar, “Olimpiakos”un baş məşqçisi:

“Olimpiakos”un azarkeşlərinə bu qələbənin sevincini yaşatmaq imkanı yaratdığım üçün özümü xoşbəxt sayıram. Bu qələbəni onlara həsr edirəm. Bu klubun tarixində heç vaxt qazana bilmədiyi uğuru reallaşdırdığımız üçün çox sevinirəm. Konfrans Liqasındakı zəfərimizi necə lazımdısa bayram edəcəyik. Sonra isə növbəti mövsüm üçün işləməyə başlayacağıq. Avrokuboklarda ardıcıl iki qələbə qazanmaq mənim üçün nə deməkdi? Bu uğurları reallaşdırmaq üçün çox gözləməli olmuşam. Karyeram ərzində uzun müddət başqa hədəflər uğrunda mübarizə aparmışam. İndiyədək az-çox uğurlu fəaliyyətim olub. Ancaq son bir ildə qazandıqlarım başqa aləmdi: ciddi uğurlardı. Bunlara görə özümü təbrik edirəm. Bu haqda bir neçə ildən sonra düşünəcəyəm. Amma indi yox. Bir neçə ildən sonra bu uğurları yada salarkən başımı tutacağam...”


Vinçentso İtalyano, “Fiorentina”nın baş məşqçisi:
“İkinci dəfə üzr istəyirəm. Hətta bu gün qol vurmaq üçün kifayət qədər şansımız olsa da, hesabı açmaq və ya bərabərləşdirmək üçün imkanlar yaxalasaq da, üzr istəyirəm. Futbolçularımız əllərindən gələni etdilər, biz rəqiblərinə yaxşı kombinasiyalar qurmaq imkanı verməyən komanda ilə matçda sona qədər mübarizə apardıq, qol vəziyyətləri yaratdıq. Lakin məğlubiyyətə layiq olmadığımız oyunda belə aqibət yaşadıq. Mübarizəni penalti seriyasına qədər daşıya bilərdik. İndi çox məyusam. Son bir ildə 3-cü dəfə finalda oynadıq (komanda bir il əvvəl İtaliya kubokunun həlledici oyununda “İnter”ə də uduzmuşdu – red.), amma yenə də uduzduq. Görünür, bizdə belə vacib matçlarda uğur qazanmaq üçün kamillik və hiyləgərlik kimi keyfiyyətlər çatmır. Futbolçularımıza görə də təəssüflənirəm. Amma bu futboldu və belə məğlubiyyəti də qəbul etmək lazımdı”.


Ayub Əl-Kaabi, “Olimpiakos”un hücumçusu:
“Bu qələbələri birlikdə qazandıq. Komandanın bütün üzvlərinə və personalına təşəkkür edirik. Biz bir ailəyik”.


Stevan Yovetiç, “Olimpiakos”un hücumçusu:
“Bu inanılmazdı. Hisslərimi sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. “Olimpiakos” kimi mən də belə qələbəni uzun illər idi gözləyirdim. Bu mövsüm “Fənərbaxça”, “Makkabi” və bir sıra digər güclü komandalara üstün gəlmişdik. “Aston Villa”nı da məğlub etmişdik! Böyük uğurdu! Mövsümboyu əla çıxış etdik. Buna görə oyundaşlarımla fəxr edirəm. “Fiorentina”nın da haqqını vermək lazımdı. Bu komanda ardıcıl ikinci dəfə finalda oynadı. Əlbəttə, rəqib üçün ikiqat üzücü məqamdı. Florensiyalılara bundan sonrakı çıxışında uğurlar diləyirəm”.


Santyaqo Esse, “Olimpiakos”un yarımmüdafiəçisi:
“Çox xoşbəxtəm. Komandamız tarixə düşdü. Mendilibar bizi güclü komandaya çevirdi. O, təyinatından sonra bizə bir ailə kimi oynamalı olduğumuzu demişdi. Həmin epizodda asmanı mən etdim, amma qolun vurulmasında 90 faiz Ayub rol oynadı. O, top uğrunda sona qədər mübarizə apardı”.


Georgios Masuras, “Olimpiakos”un yarımmüdafiəçisi:
“Bu uğuru həyatımız boyunca arzulamışıq. Avrokubokda qələbəni mən də çox istəyirdim və öz-özümə bunun bacara biləcəyimi deyirdim. Nəhayət, bu hədəfə çatdıq və uğurumuza görə sevinirəm. Gərək arzunun reallaşması üçün əlindən gələni edəsən. Yalnız bu halda nəyəsə nail ola bilərsən”.

Paylaş:
Digər xəbərlər

Konfrans Liqası

5-05-2024, 14:0

“Villa Park”da çox gözlənilməz nəticə

Dünya futbolu

16-04-2024, 19:0

Uotkins Yorkun rekordunu təkrarladı

Konfrans Liqası

12-05-2024, 14:0

“Fiorentina” ardıcıl 2-ci dəfə finalda!

Dünya futbolu

26-05-2024, 23:0

Ranyeri “Kalyari”ni məğlub tərk etsə də...

Dünya futbolu

18-03-2024, 19:0

Mahirin komandası 1/4 finala çıxa bilmədi

Konfrans Liqası

2-06-2024, 19:0

Konfrans Liqasında hamını qabaqladı

Aktual
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
Son xəbərlər
  • Dünən, 23:52
    İngilis futbolçu “2” aldı
  • Dünən, 23:40
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 23:32
    İspaniyaya qarşı oynamayacaq
  • Dünən, 22:50
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
  • Dünən, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Dünən, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Dünən, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Dünən, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Dünən, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Dünən, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Dünən, 17:44
    Almaniyaya qayıtdı
  • Dünən, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:42
    Niderlandda qərar tutdu
  • Dünən, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Dünən, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Dünən, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Dünən, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Dünən, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Dünən, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Dünən, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Dünən, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Dünən, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Dünən, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Dünən, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Dünən, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Dünən, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Dünən, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Dünən, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • 10-07-2026, 23:0
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • 10-07-2026, 22:0
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • 10-07-2026, 22:0
    Mançesterdən Madridə yollandı
  • 10-07-2026, 21:0
    Florensiyanı tərk etdi
  • 10-07-2026, 21:0
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 137
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə