“Neftçi” ölkə kubokunda yeni rekorda imza atdı

27.04.2023 10:31 279
Ölkə futbolu / Ölkə kuboku
“Neftçi” ölkə kubokunda yeni rekorda imza atıb.

“Football-plus.az” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Bakı klubu finala 11-ci dəfə yüksəlməklə buna nail olub.

“Ağ-qaralar” yarımfinalda “Turan Tovuz”u mübarizədən kənarlaşdırıb. İlk görüşdə 0:1 hesabı ilə uduzan “Neftçi” evdə 2 cavabsız qolla qalib gəlib.

Tarixində 11-ci dəfə həlledici matça vəsiqə qazanan paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçu olub. Bunadək “Neftçi” və “Qarabağ” hərəyə 10 dəfə final həyəcanı yaşayıblar. 11-ci belə sınağa çıxacaq “ağ-qaralar” 6, Ağdam klubu 7 dəfə kubokun sahibi olub.

Qeyd edək ki, 1994/1995, 1995/1996, 1998/1999, 2003/2004, 2012/2013, 2013/2014 mövsümlərində kuboku başı üzərinə qaldıran bakılılar dörd dəfə (2000/2001, 2011/2012, 2014/2015, 2015/2016) finalda uduzub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul